Promhetan lovhede riyaziyyatin tedrisi

Раздел Математика
Класс 11 класс
Тип Статьи
Автор
Дата
Формат docx
Изображения Нет
For-Teacher.ru - все для учителя
Поделитесь с коллегами:

Riyaziyyat fənninin elektron lövhədə tədrisi.Pedaqoji fəaliyyətim təhsil sahəsində aparılan islahatlar dövrünə t əsadüf etdiyindən gənc müəllim kimi yeniliklərlə maraqlanmaga ,öyrəndiklərimi tədris prosesində tətbiq etməyə başladım.Bu gün təhsilimiz bilikyönümlü təlimdən nəticəyönümlü təlimə keçid dövrünü yaşayır.Zaman məktəbə basqa tələblər təklif edir.Müasir təhsilimizin əsas vəzifəsi şagirdlərdə həyati bacarıqları formalaşdirmaq,onları həyata hazırlamaqdır.Şagirdlərə biliyi hazır şəkildə deyil,bu bilikləri əldə etməyi öyrətməkdir.Bu baxımdan şagird fəaliyyətini təşkil edən,bu fəaliyyətlə onlarda idraki ,yaradici bacarıqları inkişaf etdiren fəal təlim aktuallıq kəsb edir.Fəal təlimlə qurulan dərslər bir bilik yarışına çevrilir. Mən Mursalova Aybəniz Eyvaz qızı 1999-cu ildən İsmayıllı rayon Cülyan

kənd tam orta məktəbində riyaziyyat müəlliməsi kimi fəaliyyət göstərirəm.

Bir riyaziyyat müəlliməsi kimi kurrikulum tətbiqi ilə əlaqədar müəyyən təcrübə qazanmışam.Ənənəvi tədris proqramından fərqli olaraq,kurrikulumda təlim məqsədləri konkret olaraq verilen standartların reallaşmasına xidmət edir.Müəllimin qarşısında duran əsas vəzifə şagirdin maragını nəzərə almaqdır.Mütləq sinifdə hər bir şagirdin xarakterik xüsusiyyəti nəzərə alınmalıdır.Tədris ocaqlarında təhsil alan şagirdlərin motivləri müxtəlifdir.Dərsə xüsusi maraq göstərənlər,hər dəfə yenilikləri öyrənməyə səy göstərməklə yanaşı ,dərsə maraq göstərməyənlər də vardır.Bütün bu amillər hamısı dərsdə çoxlu situasiyalar baş verməsinə səbəb olur.Bütün bu vəziyyətləri nəzərə alıb,tədris prosesində idrak fəaliyyətini vahid məqsədə yönəltmək müəllimin şəxsi yaradıcılıgı ilə baglıdır.IKT-nin inkişaf etdiyi bir dovrdə hər bir müəllim daha keyfiyyətli ,səmərəli dərs qurmaq üçün elektron dərslərə üstünlük verir.Son illərdə məktəblərin PROMETHEAN ACTİVBOARD tipli interaktiv lövhələr ilə təhcizi göstərir ki,bu şagirdlərin dərs prosesində dərsə olan maragını daha da artırır.Adi dərslərdən fərqli olaraq,kompyuterlə aparılan uşaqlar üçün cəlbedici və yaddaqalan olur.Rəngarəng ,görüntülü dərslər şagirdlərin fənnə maragını artırır,diqqəti yalnız lövhəyə cəmləyir. Sinfə gətirilə bilinməyən və yaxud tapılmayan əyani vəsaitləri bu lövhə

də asanlıqla nümayiş etdirmək mumkun olur.Tədris etdiyim riyaziyyat dərsində

Tez-tez istifadə etdiyim və şagirdlərimin çox sevdikləri bir neçə interaktiv tapşırıqlardan bəzi nümunələrdən misal çəkmək istərdim.SEHRLİ QƏLƏM ,KROSSVORD,PAZLLAR .lövhənin yaddaşına elektron disklər ,videoroliklər,tədris olunan mövzularla baglı təqdimatlar yerləşdirmək mümkündür.Ən böyük üstünlüyü birbaşa internetə baglanmaq funksiyasıdır.istənilən dərs vəsaitinin elektron versiyası yuklənir və tədris prosesində istifadə olunur.Promethean lövhədən istifadə hər bir dərsi daha dinamik edir.Şagirdlər istənilən həndəsi fiqurlari bu möcüzəli ekranda izləyə bilir.Bu da şagirdlərin nəzəri-praktiki biliklərin ,bacarıq və vərdişlərin inteqrasiya etmeklə tədris prosesini daha da canlandırır.Şagirdlərin yaradıcı təfəkkürü,dərs materialını dərketmə qabiliyyətini daha da artırır.Bu lövhədə keçirilən dərslər kənarda qalan passiv şagirdlərdə də böyük maraq oyadır.Məncə dözümlülük ,hörmət ,əməkdaşlıq etmək dərslərdə yaradıcı mühitin təşkili üçün vacib amillərdən biridir.Şagirdlərdə bu keyfiyyətin formalaşması üçün müəllim bütün bilik və bacarıgını səfərbər etməlidir.

Dünən açıq dərsim oldu.

Niyə bu qədər həyəcan kecirirdim? Hər şey yaxşı oldu, dərs iştirak edən qonaqların də, şagirdlərin də xoşuna gəldi, vaxtın necə gəlib keçdiyini hiss etmədik.
Qarşılıqlı anlayış, istifadə olunan metodika və müəllim-tələbə yaradıcılığı öz işini gördu. Tələbələrim oz fəallığı, biıikləri ilə təkcə məni deyil, dərsdə iştirak edən müəllimləri də sevindirdilər.
Acıq dərsdə iştirak edəcək müəllimləri dərsin planı ilə məlumatlandırmaq məqsədi ilə qabaqcadan buklet hazırlamışdım. Burada dərsin mövzusu, məqsədi, quruluşu, açıq dərsin əsasını təşkil edən elmi və metodiki yeniliklər əks olunmuşdu.
Dərs "Cəbr və analizin başlanğıcı" fənni uzrə "Permutasiya" mövzusunda idi. Dərsin məqsədi mövzunu təkrar etmək,ümumiləşdirmək, qazanılmış nəzəri bilikləri məsələ həllinə tətbiq etmək, tələbələrin yaradıcı təfəkkürünü formalaşdırmaq və tədqiqat fəaliyyətini həyata keçirmək, qrupda işlədiklərinə gorə qarşılıqlı yardım, məsuliyyət hissi və sair bu kimi qabiliyyətləri inkişaf etdirmək idi. Açıq dərs ənənəvi dərs strukturunu saxlayaraq, İKT-nin tətbiqi ilə,Promethean lövhədə yeni təlim usullarına əsaslanaraq keçirildi. Keçmiş dərsin təkrarını oyun formasında aparmaq qərarına gələrək bu məqsədlə xüsusi təqdimat hazırlamışdım.Təqdimat zamanı tələbələri 2 qrupa bölüb yarış kecirtdik.Yarışda krossvorddan və cografiya fənninı inteqrasiya ederek maraqlı yarişma keçirtdim, ballar hesablandı və qaliblər müəyyən olundu.
Permutasiyanın əsas xassələrini əks etdirən plakatlarla iş, teoremlərə gorə düsturlarının yazılması, elektron testlərinin həlli kimi ciddi tapşırıqlardan sonra əyləncə tipli dəqiqələr xüsusi maraq yaratdı. Burada tələbələrin yaradıcılıq işləri nümayiş etdirildi, riyazi rebusların cavabları tapıldı. Faktorialın tətbiqi ilə verilmiş tapşırıqları araşdırmaq tələbələrə tapşırıldı. Ev tağşırıqları verildikdən və qiymətləndirmə aparıldıqdan sonra dərsin sonunda maraqlı riyazi krosvord həll edildi .
Beləliklə, klassik quruluşunu saxlayaraq yeniliklərlə, muəllif işləri ilə zəngin bir dərs sona yetdi.





© 2010-2022