Azərbaycan dili 2-ci sinif Güllərdən göyçək Çiçək

Раздел Начальные классы
Класс -
Тип Другие методич. материалы
Автор
Дата
Формат docx
Изображения Есть
For-Teacher.ru - все для учителя
Поделитесь с коллегами:

Azərbaycan dili 2-ci sinif Güllərdən göyçək ÇiçəkGÜLLƏRDƏN GÖYÇƏK ÇİÇƏK

Bir gün səhər Çiçək güllü paltarını geyindi, başına ala-bəzək bant bağladı və babasının yanına getdi.

Çiçəyin babası gülçü idi, bağda işləyirdi. Çiçək güllükdə gizlənib babasını səslədi. Baba səs gələn tərəfə baxdı, amma güllərin arasında nəvəsini seçə bilmədi.

Azərbaycan dili 2-ci sinif Güllərdən göyçək Çiçək Çiçək gizləndiyi yerdən çıxıb babasının boynuna atıldı:

- Mən buradayam!

Baba fərəhlə nəvəsini qucaqlayıb dedi:

- Ay mənim Çiçək balam, güllərdən göyçək balam!

Dilrüba Cəfərova

Şüurlu oxu

  1. Baba niyə güllərin arasında nəvəsini görə bilmədi?

    1. Çünki nəvəsinin adı "Çiçək" idi.

    2. Çünki qızın paltarı güllərdən seçilmirdi.

    3. Çünki axşam olduğundan baba yaxşı görmürdü.

Dil qaydaları

  1. Mətndə "çiçək" sözü niyə böyük hərflə yazılmışdır? Daha bir neçə belə söz tap və cümlədə işlət.

  2. Mətnə əsasən cümlələri tamamla və dəftərinə köçür. Buraxılmış sözlər ad, əlamət, yoxsa hərəkət bildirir?

    1. Çiçəyin babası ... idi, ... işləyirdi.

    2. Çiçək ... paltarını geyindi, başına ... bant bağladı.

    3. Baba ... gələn tərəfə ... .

Söz

Ad

Əlamət

Hərəkət

gülçü

+

...


© 2010-2022