Elvida birinci sinif tedbiri

Раздел Начальные классы
Класс -
Тип Конспекты
Автор
Дата
Формат doc
Изображения Нет
For-Teacher.ru - все для учителя
Поделитесь с коллегами:

Əlvida birinci sinif !

Salam əziz balalar, hörmətli müəllimlər,valideynlər!Sizləri bu fidanlarımızın bayram tədbirində görmək sevindirici oldu.Hamılıqla xoş gördük sizləri! Bu gün bizim körpə balaların əli titrəyə-titrəyə qələm tutan, hər kəlmədən bir dili dolaşan,kövrək qəlbli, ürkək baxışlı birincilərin bayramıdır.Bu günümüzün şıltaq, dəcəl körpələri, sabahımızın qurucuları, yaradıcıları olan bu uşaqların sevinci elə bizim sevincimizdir. Bu gün bu saf qəlbli, təmiz ürəkli, mələk ruhlu körpələrin sevincinə qoşulduğunuz üçün sizə təşəkkürümü bildirirəm. Bu gün uşaqlarımız ilk dəfə olaraq öz bacarıq və nailiyyətlərini nümayiş etdirəcəklər.Yəqin ki , tədbirimizin sonunda hər kəsə söz veriləcək və öz fikirlərinizi deyəcəksiniz ,uşaqlarımızdan alqışlarınızı əsirgəməməyinizi xahiş edirəm.... diqqətinizə görə təşəkkür edirəm.Tədbirimizi Azərbaycan Dövlət Himni ilə açıq elan edirəm.

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!

Aparıcı1( sema)--- Hər kəsi uşaqlarımızın adından salamalayıram.Xoş gəlmisiniz!

Bu gün məktəbimizdə

Bayram təntənəsi var.

Birincilərin bayramına

Xoş gəlibdir qonaqlar.

Bu gün biz sizə calışacağıq maraqlı şeirlər və səhnəciklər göstərək. Şənliyimiz davam edir!

A2 (Orxan)--Gəlin sizinlə birgə cırtdanın əhvalatı səhnəciyini dinləyək. Budur nağıl qəhrəmanı cırtdan gəlir. O , cox bikef idi..Əlində kitab üzü var idi. Onu dasın üstündə əyləşmiş elimizin obamızın ag saçlısı Dədə Qorqud gördü.

Dədə Qorqud:(Yusif)

-Cırtdan salam !

Cırtdan:(Amil)

- Salam baba !

Baba:

-Necəsən haradan gəlirsən ? Əlindəki nədi mənim balam ? Niyə bikefsen?

Cırtdan:

- Baba yaxşıyam əlimdəki də Azərbaycan dili kitabıdır , amma kitabın üz qabığıdır.

Baba:

- Niyə mənim balam?

Cırtdan:

-Çünki , mən sentyabr ayında hərfləri uşaqlara verdim ki, onlar öz Azərbaycan dilində oxuyub yazmağı öyrənsinlər.

Baba:

-Halaldı mənim balam biz öz dilimizi sevməliyik və bilməliyik. Bəs indi nə etmək fikrindəsən ?

Cırtdan:

- Bilirsiniz baba, usaqlarımız öz hərflərimizi sevə -sevə səsləndirirlər indi mən onları dinləyəcəyəm və hərflərimizi saxlayacagam ki, gələcək nəsilimiz də bu hərflərimizi gələcəkdə öyrənsinlər...

-Sənə uğur olsun mənim balam mən uşaqlarımıza da, sənə də inanıram. Hələlik mən gedim sən öz axtarışlarını et (Baba səhnədən gedir)( Səhnəyə Tıq-tıq xanım gəlir mahnısını oxuyaraq .Dost gəl hardasan, tez gəl hadasan)

Aparıcılar Tıq-tıq xanıma yaxınlaşırlar ondan soruşurlar .

  • A1 Salam nazlı xanım , dzulu xanım ,xoş gəlmisən!

  • A2Bu vaxt hara belə?Hardan gəlmisən?

Tıq-tıq xanım: ( Medine)(hirslə)- Çərə belə, çürə belə, sizə nə var hara belə?

  • A1Onda mən sualı dəyişim. Ay Tıq- tıq xanım xoş gəlmisən.

  • Xoş gördük.( tıq-tıq)

  • A2Çoban qardaş hardadı?

  • Çoban qardaşın başın aldadıb qaçmışam.

  • A1Bəs tülkü onun canından necə qaçıb canını qurtardın?

  • Hə, onun da başını aldatdım , dedim gedim sənə yeməyə azuqə gətirim gəlim, o da inandı.

  • A2Onda de görək sənin vəfalı dostun vardı haaaaa siçan o haralardadı? Onu niyə özünlə gətirməmisən?

  • Eeeeeeehhhh siçan həmişə ki, kimi məni tək qoyub getdi toya.(hirslənir )

  • A1Hirslənmə saçı uzun suray xanım boyu uzun buray xanım .

  • A2Bəlkə sənə köməyimiz dəydi.

Tıq-tıq xanım əlini yelləyir--- eh , mənə heç kimin köməyi lazım deyil, mən özümə dost axtarıram

-A1Uşaqlar Tıq tıq xanım özünə dost axtarır?

A2 -Nə deyirsiniz?

Uşaqlar xorla - Bizdən yaxşı dost?

Aparıcı-1-- Bəs sən nə deyirsən Tıq -tıq xanım? Gör nə qədər dostun olacaq.

Tıq-tıq xanım------ Axı mən sizləri tanımıram.

Şagird--- Birinciyik birinci,

Kimlə bölək sevinci?

Hər işdə birinciyik,

Evdə də, məktəbdə də

Hamının sevinciyik.(Alsu)

Uşaqların ifasında " Birincilərik biz " mahnısı oxunur.

Geniş otağımız var,

Tərtəmizdir partamız.

Müəllimi həvəslə

Dinləyirik hamimiz.

Nəqarət:

Birincilərik biz,

Birincilərik biz.

Səyahətə çıxırıq,

Oxuyuruq, yazırıq.

Keçdiyimiz dərslərə

Biz həmişə hazırıq.

Nəqarət:

Birincilərik biz,

Birincilərik biz.

Cırtdan (səhnəyə gəlir) - Salam Tıq -tıq xanım xoş gəlmisən.

Tıq -tıq xanım-Salam, xoş gördük

Cırtdan--- Nə yaxşı sən də burdasan.

Tıq ---- eeeh Özümə dost axtarıram.

Cırtdan-- Gəl bizə qoşul. uşaqların bayram şənləyinə tamaşa et.

Tıq-tıq xanım---(sevinir)Nə yaxşı! Şənliyinizdə nələr olacaq?

A2-Şeirlər , mahnılar, səhnələr

Tıq-tıq ---- Rəqs də olacaq?

A1-Əlbəttdə! Qoşularsan bizə doyunca oynayarsan.

Tiq-tiq xanim ( sevincək) -Siz çox qoçaq uşaqlarsınız.Onda mən sizinlə dost oluram.

Cırtdan--- Yooox, gəl axıra kimi dinləyək.Onlar əlifbaya, müəllimlərə " çox sağ ol deməsələr, səmimi dost sayılmazlar.Gəl uşaqları dinləyək. Görəsən, bu uşaqlar əlifbanı oxuya bilirlər?

(A) A-dan başlayır səslər

Deməyirik çətindir

Çünki rahat və asan

"Ana" kəlməsi olan

Vətənimiz Azərbaycan deyirik! (Zeyneb)

(B) "B"- hərfiyəm bir dağam

İlk hərfdən sonrayam

Xankənddə yellənəcək

Ay ulduzlu bayragam (AMIL)

(C) C cəsur əsgər ilə

Cəld yerindən sıçradı.

Cəbhədə düşmənini

Qılınc ilə doğradı (Medine)

(Ç) Çalışqan sözünün

Lap əvvəlində varam

Ç səsi olsam belə

Aya bənzərəm aya. (Yusif)

( D) Dərddən qəmdən uzağam

Dostlarıma dayağam

Mənə belə baxmayın

D hərfiyəm lap dağam.(orxan)

(E) E-yəm ,eldən, evdənəm,

Elmlərdə ən əzələm.

Elin gücü sel gücüdür,

Sel gətirən yel gücüdür.(Turane)

(Ə) Ə hərfiyəm incəyəm,

Hamının sevinciyəm.

Əlifba kəlməsində

Başdayam birinciyəm.(Sema)

(F) Xortumlu hərifəm mən

Hərflərdən seçilirəm

Fil deyil fağıram mən

Tanış olun bu da mən

Adım f-dır çəkinməyin

Yazlışımı itirməyin (Cebrayil)

(G) Gül çöldə düzdə gəzib

Oynayır Gülbaharla

Güldən çiçəkdən dərib

Çələng tutur Nigarla (Alsu)

(Ğ) Ğ -yağda ,dağda ,bağda

Tısbağada ,qarğada

Yerləşir gah ortada,

Gah da ki, lap axırda (Aydan)

(H) H hərfini keçəndə

Heydər baba danışacaq

Habil "Heyratı" çalsın

Qəm- kədərin dağılsın( Nermin)

(X) Xalı- xalı xalılar

İçi dolu çuxurlar

İki tərəfli ayam

Şölələnib saçaram

Xırd xəşil olmamış

X hərfini acaram(Ferid)

(I) I səsi də saitdir,

Ancaq bircə fərqi var:

O,sözün əvvəlində

Gələ bilmir, uşaqlar! (Ehtiyat)

( İ ) İ-yəm təqvimdə iləm,

Düşmən gözündə miləm.

Vətən intiqamını

Alanlarla əlbirəm. (Eli)

(J) Əlifbadan oxuda

Lap sonunda durubdur

Əjdaha deyil səsdir

Yumşaq səsli j-dır bu

Jalə , jilet sözündə

Lap əvvəldə durubdur (Nergiz)

(Ke) Kəmalə Kamrana

Şəkilli kitab aldı.

Kitabda tülkü, kirpi,

Kəpənək şəkli vardı

(Ka) Ka səsi də "Ke" kimi

Bir qaydada yazılır

"kaktus", "kanal" sözündə

Başqa səslə oxunur. (mirvari)

(Q ) Qızxanım qazları

Qamışlıqdan qaytarır .

Qumru , Qadir, Qənirə

Qoyunları otarır (Isa)

(L) L- hərfi samitdir .

Bənzəri yoxdur onun

Lalə, Leyla sözünün

Həm əvvəli ,həm sonu (Zeyneb)

(M) M-deyir ki, Mədinə

Muğanda maral görüb

Məsmənin , Mahirənin

Saçılarını o hörüb (Amil)

(N) N- hərfi məşhurdur

Nazı duzu birazdır

Nənəmin rəfiqəsi

Bu qız bizim naznazdır. (Medine)

(O) O ordudur oğullar!

Vətəni qoruyacaq.

Oğuz eli düşməni

Oraqla doğrayacaq (Yusif)

(Ö) Ördək , Ömər bu sözlər

Hərflərdən yaranıb

Saitlərdən incədir

Dördüncüdə dayanıb (Orxan)

(P) P payızda Pərvizin

Papağını apardı

Palto, plaş , geyindi,

Düymələri qopardı . (Turane)

( R) Rəna Rüstəmə

Radio bağışlayıb.

Rüstəm düyməni basıb ,

Rənanı alqışlayıb. (Sema)

(S) Sərxanın , Samirin

Adında birincidir.

"Atlas" sözündə sonda

"Osman"da ikincidir (Cebrayil)

(Ş) Şəlalədir , şırhaşır

Tökülür şiş dağlardan

Uşaqlar əlində şar

Qaçır şehli bağlarda (Alsu)

(T) Tural Tahir dostumdur

Tanış olun sizdə !

Bilirsiniz niyə?

T səsilə səslənir

Bunların ilk hərfi də. (Aydan)

(U) U- ulduzdur , ucalıb

Hər sinif otağında

Yurdumun rəmzi olan

Üçrəngli bayrağında! ( nermin)

(Ü) Üzüm yetişdirib

Ülkərgilin bağında.

Üzüm qaba qoyulub

Ülvinin otağında (Ferid)

(V) Başı əyri düzəm mən

Bilin samit səsəm mən

Adım "v"-dır məhşuram

Sağda solda yazılıram ( Nergiz)

(Y) Yorğan olub salınır

Yumru olub yumşalır

Yayqı olub yayılır

Bunlar "Y" ilə başlanır (Mirvari)

(Z) Zəng kimi cingildəyir

Biz məktəbə gələndə

Zaur Zakiri səsləyir

Müəllim sinifə gələndə ( Isa)

Otuz iki nəfərik

Hərəmizin adı var

Bizsiz yaratmaq olmaz

Qalın -qalın kitablar.( Nermin)

Cırtdan Azərbaycan dili kitabını yenidən hərflərlə doldurur. Kitab yenidən bərpa olunur (şeirlər 15dəq:)

A2- Aaaaaa deyəsən kitablar burada mübahisə edirlər. Gəlin onları dinləyək.

Riyaziyyat( Cebrayil)----- Mən bütün elmlərin açarıyam, məni bilməyən uşağın zehni inkişaf etməz.

Musiqi (Mirvari)-- Nə danışırsınız, siz uşaqlar üçün baş ağrısından başqa bir şey deyilsiniz. Məni dinləyən, zümzümə edən hər bir adamın üzündə təbəssüm yaranır.

İnformatika( Alsu)----- Kəsin səsinizi, indi bütün dünyaya səs salan ,hər şeydən insanları xəbərdar edən , uşaqların sevimlisi kompyuterdir. İndi hər bir şagird elmlərin sirrini ancaq kompyuterlə açır.

Azərbaycan dili( Aydan)----- Bəsdirin özünüzü təriflədiniz.Sən də özünü çox öymə.Elə sənin öz klaviaturan da əlifba ilə başlanır.Bütün kitabların vərəqlərini ancaq əlifba öyrəniləndən sonra açılır.

( Ə ) Mən əməyəm ( L ) Məndə qızıl laləyəm

Hər bir işə köməyəmÇağlayan şəlaləyəm
İnsanlara gərəyəm Çəmənlərə bəzəyəm
Birinci olmalıyam(Yusif) Birinci olmalıyam(Nergiz)

Mən incəyəm (İ) Mən də filəm (F)
Hərflər arasında Meşədə ən böyüyəm
Mirvariyəm inciyəm Gəlin siz dalaşmayın
Birinci olmalıyam (Nermin) Birinci olmalıyam (Medine)

Mən buğdayam (B) A-yam A-yam A-yam mən (A)

Nə olsun ki xırdayam? Şəfəq saçan Ayam mən.
Süfrədə daim varam Dalaşmayın ! ,sizə baxıb utandım
Birinci olmalıyam ( Fe rid) Yerimi sona saldim. (Zeyneb)

Aparici:- Bax beləcə ,6 hərf

Dalaşdılar , küsüşdülər ,

Xeyli fikirləşdilər ,

Axırda birləşdilər.

Tək qalanda biz səsik

Birləşəndə sözük biz

Kitablara aparan

Cığırıq biz, izik biz.(birlikdə xorla)( medine)

Əlifba mahnısı:

A,Be,Ce,Çe,De,E,Ə dost ol

Hər bir, hərflə

Fe, Ge ,Ğe, He ,Xe, I ,İ

Yarışa səslər səni

Nəqarət:

Öyrənirik Ə-lifba

Hərfləri sırala

Ayrı düzlən farağat

Gələcəyə addımla

Ayrı düzlən farağat

Gələcəyə addımla

Je,Ke, Qe, eL ,eM ,eN, O

İlk zəng vur danış alo!

Ö, Pe,Re Se,Şe,te ,U

Yaxşı tanı sən onu!

Nəqarət:

Öyrənirik əlifba

Yaz, oxu qalma dala

Öyrənirik əlifba

Yaz oxu get qabağa

Öyrənirik əlifba

Yaz oxu get qabağa

Ü , Ve, Ye, Ze düzülər !

Hər biri qoçaq əsgər

Sən orduya sərgərdə

Uğur qazan hər yerdə

Nəqarət:

Öyrənirik əlifba

Əlifbayla qüvvət topla

Öyrənirik əlifba

Biz güclüyük onunla (2)

Mənim ilk kitabım mənim əlifbam

Mənim güllü bağım ətirli bağım

Bu gün bayramındır əziz günündür

Bu gun nəgməmizdə sənin ücündür (Aydan)

İlk bələdcim oldun tutdun əlimdən

Mənə xəbər verdin ana dilimdən

Tarixdən danışdın dünyanı gəzdin

Dedinki hər şeydən gözəldir Vətən ( Nergiz)

Sən Günəş kimi işıq saçırsan

Bağlı qapıları bizə açırsan.

Mənim əziz dostum mənim əlifbam

Bizimlə hər zaman bir addımla sən.!! ( mirvari)

Mən sevirəm Azərbaycan elini

Öyrənmişəm onun şirin dilini

Bu dil əcdadlarımızın həyat səsidir

Odlar yurdumuzun od nəfəsidir( Turane

Bütün uşaqcaqlar vaka vaka rəqrsini oynayacaqlar )

A 3--"Ana" ,"ailə", "məktəb", "muəllim"sözləri bunlar bizlər üçün ən doğma bir kəlmədir. Müəlim də bu kəlmələrin davamı olaraq uşaqlar ucun ata ,ana kimi əzizdir.

A4--Müəllim--- nə aləmlər yaşar bu adda.Ümummilli liderimiz H.Əliyev deyirdi ki, mən dünyada müəllimdən başqa müqəddəs, şərəfli insan tanımıram.Gəlin şagirdlərin ifasında müəllim haqqında şeirlərə qulaq asaq.

Anaya saf sevgini

Vətənə məhəbbəti

Dostluğu, səadəti

Kim öyrədib bizə?

Mənim ilk müəllimim ( Mirvari)

Əziz müəllimim onu bilki sən

Ömrüm boyu yenədə müəllimimsən

Şagird tək qarşında dayanıram mən

Müəllim adına baş əyirəm mən.( Cebrayil)

Əlli il dodağın "Əlifba " dedi

Sönmədi qəlbinin eşqi , həvəsi

Birinci şagirdin babadır indi,

Sonuncu şagirdin onun nəvəsi.(Zeyneb)

Anamın dilisən, elimin əli

Sazımın telisən, əziz müəllim!

Niyyəti təmizsən, doğma əzizsən

Qəlblərə fərəhsən , əziz müəllim.(Ehtiyat)

Biz dərsdən beş alanda

Gözün fərəhlə dolur

Tənbəl şagird görəndə

Ürəyin məyus olur əziz müəllimim( Medine)

Əldə qələm tutmağı

Doğru düzgün saymağı

Ana vətən yazmağı

Bizə siz öyrətmisiz

Sağ ol əziz müəllimim (Amil)

Müəllim haqqında mahnı " Əziz Müəllimim"

Kukla Səhnəsi: ( Kukla-Səma, kuklanın sahibi Nərmin, pişik-Əli)

Tıq-tıq xanım----- Cırtdan bu uşaqlar tək Azərbaycan dilin öyrəniblər?

A1----- Yox Tıq-tıq xanım riyaziyyat bütün elmlərin şahıdır.Uşaqlarımız Riyaziyyatı da öyrəniblər. Artıq onlar 20 dairəsində misal məsələ həll edirlər, ədədlərin tərkibini bilirlər.Gəlin bir daha bunun şahidi olaq. Uşaqları dinləyək.

Riyaziyyat kitabı( Zeyneb)--- Mən də riyaziyyatam

Elmlərin şahıyam.

Qurulmayan evlərin

Köməyiyəm ,pənahıyam

Hər sirrimi öyrənən

Asanca vurar, bölər

Atalar yaxşı deyib

Çox çalışan çox bilər.

Haydı gəlin düzülün

Ay rəqəm əsgərləri

Məsələ misal ilə

Bəzənsin dəftərlərim


  1. Tək oldum, tək yeridim

Vahid oldum, bir oldum

Öz əkiz qardaşımla

Gədəndə 11 oldum(Alsu)


  1. İkiyəm niyə yoxdur

Mənim xətrim, hörmətim

4-ün, 5-in yanında

Bilinməyir qiymətim(Isa)


  1. Üçbucaqda üç künc var

Üçcə dənədir tili

İndi deyin ay uşaqlar

Siz onun tərəfini.(Nergiz)

  1. 4 yaxşı qiymətlərin

Çox zəif qardaşıyam

Oxumağa tənbəllik

Edənin qardaşıyam( yusif)


  1. Gündəliyin 5 olub

Yaraşığı bəzəyi

Qiymətlərin şahıyam

Biliklərin özəyi ( Nermin)


  1. Üçün üstə 3 gəlib

Məni yaratdı saylar

İki yerə böləndə

Altıdır ildə aylar ( Cebrayil)


  1. Yeddi gün yeddi gecə

Yol gəlmişəm mən yeddi

Yorğunluqdan ay aman

Baxın ürəyim getdi. (Mirvari)


  1. Bu rəqəmi də qəlbən

Sevir xoşlayır hamı

Axı 8 martdadı

Anaların bayramı (Aydan)


  1. Başayaq qoyub kimsə

Altıya dedi doqquz

Bir az belim əyridir

Bir az da başım toppuz (Turane)

10- O hansı ədəddir ki,

Ədədlərin başıdır

Dördüncüdə oxuyan

Uşaqların yaşıdır

10-dur 10 dur 10-dur ( Amil)

Təkliklərsiniz, təksiniz,

Heç nəyə gərəksiniz.

Onluqlarla birləşsəniz,

Hamıya gərəksiniz.(Sema)

Təkliklər dilxor oldu,

Halları xarab oldu.

Fikirləşdilər....

Neyləyək?!( Ferid)

Atalar yaxşı deyib:

Tək əldən səs çıxmaz.

Hərəmiz özümüzə

Yeni- yeni dost tapaq,

Həm azalaq, həm artaq.( Medine)

Qirmizipapaq səhnəyə gəlir.

De görüm hesabdan niyə 2 almısan?(Turane)

__ Hesab öyrənmək sənə gəlməsin asan. Rəqəmlər ilan kimi gəlib qarşında durur, beşi dördə vuranda elə bil məni vurur.(Alsu)

Bəs Heyat bilgisiniden niyə pisdir qiymətin?

__Heyat bilgisi yaman çətindir çətin , o qədər hadisələr işlər olub dünyada.Mən ha fikirləşirəm birisi düşmür yada.

Informatika neyçin cavab vermədin dünən?

_Axi informasiyalari nece xatirlayim men.Ne mahir proqramciyam nede kompyuter bilen

__Niyə Ana dilinə hazır deynildin bugün, elə bilki dilinə vurulmuşdu bir düyün

___ Çox çalışdım sinifdə göstərim böyük hünər, şeir yadımdan çıxdı deyə bilmədim əzbər.

Fikrin nədir ay Qirmizi papaq? Gələn ildə sinifdə qalmaqmı istəyirsən?

---- Nə olar hər sinifdə mən ikicə il qalaram. Bu il iki alanda gələn il 3 alaram.

Aparıcı_ Ay uşaqlar sizdə Qirmizipapaq kimi düşünürsüz?

Uşaqlar - Xeyr biz əla nəticələr əldə etməyə çalışırıq.

( reqs)

Aparıcı qız: 1

-Ana Vətən!....

Gözəl sözdür çünki , bu kəlməni hamımız sevə-sevə dilimizə gətiririk.Biz vətənin doğmalığını və ya sadəcə olaraq "Ana vətən" kəlməsini insan qəlbində yaratdığı istiliyi duyuruq. Biz hər birimiz ana və atalarımızın dilindən vətən anadır kəlməsi eşidirik.

Aparıcı oglan : 2

-Vətən bizim ucun əzizdir biz vətəni sevməliyik. Vətən nədir ? sualına tam və qısa olaraq deyirik------əgər bu torpağın suyunu , havasını uduruqsa, gözəl meşələrini,səfalı daglarını , bağlarını və geniş düzlərini seyr ediriksə bu bizim vətəndir .

Aparıcı : 1

---Gəlin birlikdə bir müasir olan turp nağılını izləyək.

(Səhnəyə bir qız cixir və öz nağılını söyləməyə başlayır ) (Zeyneb)

Biri var idi biri yox idi bir zəhmətkeş baba və nənə var idi. Onlar öz bostanlarında əkin edib, alın təri ilə qazandıqları zəhməthaqqı ilə dolanırdılar.Onların övladları çox uzaq ölkələrdə yaşayırdılar.Hərdən əlaqə saxlayırdılar. Bir gün baba bostanda turp əkir . Vaxt keçir turp yaxşı zəhmətlə becərildiyinə görə çox böyüyür. Bu turp o qədər dərinliyə düşür ki, baba nə qədər edirsə turp çıxmır ki ,çıxmır. Baba nənəni köməyə çağırır.

Ferid)-Qarı ay qarı hardasan? gəl bura mənə komək et !!!

Zeyneb----Onlar nə qədər çalışdısa turp çıxmadı axırda yorulub əldən düşdülər oturub düşündülər nə etsinlər? Birdən nənə dedi:

Nergiz-Evrika ! ( fartuxun cibindən telefonu götürüb ... Bir necə dəfə zəng edir)

- tez bizə kömək et ! deyib ( telefonu cibine qoydu)

Zeyneb--Budur xaricdə olan övladları bir -bir gəlir.

Mirvari--- 1-ci rusiyada yasayan oglu idi.musiqi sədası altında gəlir

  • Salam nə olub? Niyə fikirləşirsiz bu dəqiqə mən çıxararam

A- O, əlindəki metrə ilə turpu olcür,conra calisir cixartsin alınmır,bir kənara cəkilir düşünür.

2- ci. Özbəkistanda yasayan qızı nazlana -nazlana gəlir.(Aydan)

( mahnı calınır qaragöz boy boy)

_ Boyyyy salam nə olub? bu dəqiqə mən komək edərəm sizə zəhmət olmasa çəkilin!

A- Qizda turpdan yapışır nə qədər edirsə turp cıxmır .

( Orxan)3-cu Yaponiyada yasayan övladı musiqisi sədası altında ritmik hərəkətlər gostərə- göstərə gəlir .

-salam nə olub mən bunu dərhal çıxardacağam.

A-- O da əlində kalkulyator,duymələrini basır, hesablayır və sonra çalişir turpu cixartsin alınmır çəkilir kənara.

( Cebrayil)4.-cu Amerikadan gələn evladı oynaya-oynaya, əlində uzun certyoj kağızları səhnəyə gəlir.

-Salam nə olub əzizlərim ? nə məsələdir ? bu nə turpdur? Mən bu dəqiqə onu cıxardaram canınız qurtarsın!

A---Turpa baxır kağızlara baxır və calisir turpu cixartsin, alınmır. (Qamqastar)

Kənara cəkilir.

5 (ehtiyat).Türkiyədə yasayan oğlu musiqi sədaları altında gəlir, oda dartir amma turp cıxmır. Bəli beləcə onlar cıxara bilmədiklərinə çox pis olurlar. Hamı bir-birinə baxır ki, nə etsinlər?

( Alsu)6.- bu zaman balaca nəvə məktəbdən gəlirdi ( məktəbli formasinda cantası əlində bunları fikirləşən görüb tez yaxınlaşır bunlara)

-Nə olub niyə niyə fikirləşirsiz? ( hamsı bir agızdan işimiz cətinləşib baba əkdiyi turp çıxmaq bilmir.- deyirlər)

--aaaa siz niyə tək- tək edirsiniz ki, gəlin mən deyən kimi edək bəlkə onda turp çıxar..

( qız hamını bir-birinin ardınca sıraya duzur və onlar turpu dartıb cixardirlar. bilər ?

"Həmrəylik, Birlik, " sozləri yazılmış hərflər və uzərində "Mən Azərbaycanımla fəxr edirəm"

Biz öz ana vətənimiz olan Azərbaycanı sevirik və fəxr edirik ki biz azərbaycanlıyıq

Vətən sənin övladınam

Azərbaycan balasiyam

Gələcəyin aynasiyam

Bağçamızın bar səsiyəm

Ümid verən işığıyam

Mən Azərbaycanlıyam ( hamisi)

Zülfiyyə Xanbabayevanın" Mən Azərbaycanlıyam" mahnısı oxunur yallı rəqsi gedir.

A3 ( Turane)- Doğma yurdumuz Azərbaycan Koroğlular, Babəklər, Cavanşirlər yurdudur. Damarlarımızdan bu qəhramanların qanı axır.Bilirik ki, torpaqlarımızın iyirmi faizi hələ də düşmən əlindədir. Biz Vətən torpaq uğrunda şəhid olanların xatirəsi əziz tutur, onların ruhu qarşısında baş əyirik.

A4- ( Yusif))Torpaqlarımızı azad etmək üçün, analarımızın gözundən yaşı silmək üçün, gecələr rahat yatmaq üçün, şəhidlərimizin qanını yerdə qoymamaq üçün ayağa qalxmalıyıq! Bütün Azərbaycan ayağa qalxmalıdır! Qalx ayağa Azərbaycan!!!

Mən əsgərəm elimin Elim mənə arxalanıb Vətən məni cağırır

Qaygısnı çəkərəm Mən vətəni qoruyaram Xidmətində dayanam

Yeri gəlsə canımı Geniş düzlü çöllərimi Vətən mənim anamdır

Qurban edərəm Mən həvəslə qoruyaram kesiyində dayanam

Mən əsgərəm Mən əsgər Mən əsgərəm mən əsgər Mən əsgərəm,mən əsgər

Mən böyüyüb

Böyük əsgər olacam

Həmişə öz adımı

Uca tutacam

Deyəcəm: mən əsgərəm mən əsgər

Şəmistan Əlzamanlı "Cənab leytenant "mahnısı oxunur.

A2-- Gəlin bir oyun keçirək . Uşaqlarımız oxuyacaqlar .Sizdə içlərindən gözəl musiqi duyumu olanı seçəcəksiz.

A3- Ana qaygımızı hər zaman çəkən ,gecələr yuxusuz başımız üzərində dayanan, hər dərdimizə şərik olan müqəddəs varlıqdır. Qurani-Kərimdə də deyilir " cənnət anaların ayaqları altındadır".

A4-Əziz analarımız bu il sizin əziyyətiniz bizim üzərimizdə çox olub.Biz sizin bu əziyyətinizi itirməyəcəyik, əziz analar.

Ana adınızı arzularımla

Aya , ulduzlara yazmaq istərəm

Mən ana sözünü bir orden kimi

Dünyanın döşündən asmaq istərəm.( Sema)

Nə qədər incədir müqəddəs səsin,
Ona körpəlikdən heyranam, ana.
Ruhuma məlhəmdir sənin nəfəsin-
Əlinlə bəslənən "ceyranam", ana(Amil)

Şairin, alimin, dilsiz körpənin
Birinci kəlməsi anadır ana!
Böyük şəhərlərin, kiçik kəndlərin
Sevimli nəğməsi anadır ana!( Ferid)

A3-Bugün hamıdan çox sevinən analarımız üçün bir rəqs payımız var. ( İlham Kərimli Fatimənin rəqsi) ( Medine orxan)

A 1 Qizlar-qızlar gəlin halaya halaya burda gözəl şənlik var.

Həvəslə biz gəlmişik haxışda

Sizinlə bu görüşə haxışda (Alsu)

1 B sinifindən haxışda

Salamlar olsun sizə haxışda

Azərbaycan mənimdir haxısda

Nemətli vətənimdir haxışda

Gül cicəkli bağımız haxışda

Ucalan dağlarımız haxışda

Üç rəngli bayragimiz haxısda

Geniş çöllər bizimdir haxışda

Biz məktəbə gəlmisik haxışda

Yazmağı öyrənmişik haxışda

Hərfləri deyirik haxışda

Saymağı da bilirik haxışda

Ey əziz birincilər haxışda

Elin sevinci olaq haxışda

Calışaq həyatda da haxışda

Elə birinci olaq haxışda

A---Buda biz birincilərin sizlərə bəxş etdiyi sevinc payı . Hər kəsə öz minnətdarlığımızı bildiririk və sözü qonaqlarımıza veririk..



© 2010-2022