Презинтация на тему Електронная доска

Раздел Начальные классы
Класс -
Тип Презентации
Автор
Дата
Формат docx
Изображения Есть
For-Teacher.ru - все для учителя
Поделитесь с коллегами:

Презинтация на тему Електронная доскаПрезинтация на тему Електронная доскаПрезинтация на тему Електронная доскаXətai rayonu 261 №-li məktəbin

İbtidai sinif müəllimi Dadaşova Fidan Mahir qızı

"ActiveInspire" - 21-ci əsrin təhsil təməli kimi.


Bu kəlməni əbəs yerə işlətmirik. Doğrudan da bu lövhənin, bu proqramın Azərbaycan təhsilinə qədəm qoyması bir daha təhsilimiz üçün yeni imkanlar açdı. Özündə yaradıcılıq, pedaqoji ustalıq, özünə inam hiss edən müəllim, mütləq təhsilə gələn bu yeniliyi tətbiq etmək istəyər. Prometan lövhə - tədris prosesinin müəllim və şagirdin aktivliyi şəraitində aparılmasını təmin edən bir qurğudur. Bu qurğuya əbəs yerə "Ağıllı lövhə" demirlər. Doğrudan da prometan lövhə vasitəsilə dərs prosesini maraqlı, məzmunlu, rəngarəng, daha dolğun şəkildə qurmaq olar. Prometan lövhə vasitəsilə qurulmuş dərslər şagirdi işləməyə, düşünməyə, axtarıcılığa, yaradıcılığa, tənqidi və yaradıcı təfəkkürün inkişafına şövq edir. Prometan lövhə vasitəsilə qrup işləri, çalışmalar, krossvordlar, oyunlar - bir sözlə yeni mövzunu şagirdə mənimsəmək üçün ən əlverişli imkanlar əldə etmək olar.İlk növbədə bu lövhə bütün sinfin diqqətini cəlb edir. Zəngin, güclü aktivlərlə dolu dərs qurulur. "Active in spire" ilə dərslərə canlılıq qatılır. Səs, hərəkət, cədvəllər, hər bir mövzuya uyğun şəkillərin, musiqilərin internet vasitəsilə tapılması. Bir daha interaktiv şərait yaradır. "Active in spire" 36 dildə mövcuddur. "Active in spire" prometan lövhəni başqa lövhələrdən fərqləndirən cəhət həm şagird üçün, həm də müəllim üçün istifadə vasitəsi olmasıdır.Eyni zamanda hər iki tərəfin aktivliyini təmin edir. Bu lövhənin yazı yazılması , ehtiyatların yerləşməsi, obyektlərin redəktə olunması, obyektlərin silinməsi, pozulması, obyektlərin bir səhifədən digərinə kopyalamaq və köçürmək torlardan istifadə edilməsi, obyektlərin əlavə edilməsi, mətnin əlavəsi və formalaşdırılması, qeydlər səhifələrinin yaradılması, proyektordan istifadə kimi funksiyaları var. Məhz bu funksiyalar müəllimə imkan verir ki, aktiv şəraitdə dərslər hazırlansın. Bu funksiyalar şərait yaradır ki, müəllim öz yaradıcılığını nümayiş etdirsin. Məhz bu funksiyalar kömək edir ki, şagirdləri aktivləşdirsin. Mövzunun içinə daxil ola bilsinlər, bilavasitə yaradıcısına çevrilsinlər. Təbii ki, biz müəllimlərdən bacarıq və ustalıq tələb edir. Müəyyən treninq, kurslara ehtiyac duyulur. Ancaq bu çətinliklərə baxmayaraq özünü 21-ci əsrin fəal müəllimi hiss edən müəllim bu səddləri aşmağı bacarmalıdır.

© 2010-2022