Novruz bayrami aciq dersin icmali

Раздел Начальные классы
Класс -
Тип Конспекты
Автор
Дата
Формат docx
Изображения Есть
For-Teacher.ru - все для учителя
Поделитесь с коллегами:

Novruz bayrami aciq dersin icmaliNovruz bayrami aciq dersin icmaliNovruz bayrami aciq dersin icmaliNovruz bayrami aciq dersin icmaliNovruz bayrami aciq dersin icmali





Bakı şəhəri.Qaradağ rayonu

228nömrəli tam orta məktəbin

ibtidai sinif müəllimi Zeyna-

lova Esmira Qənbər qızının

14.03.2013-cü il tarixdə 1b

sinfində Azərbaycan dilindən "Novruz bayramı" mövzu-

sunda keçəcəyi açıq dərsin





İcmalı



Mövzu: " Novruz bayramı"

Standart:

2.2.1 Kiçikhəcmli mətnləri düzgün tələffüz etməklə oxuyur.

1.2.1 Müşahidə etdiyi əşya, hadisələr haqqında və şəkillər üzrə danışır.

2.2.5 Mətnin məzmununu nəql edir.

Təlim məqsədləri:

  • Sözləri bütöv oxuyur

  • Sözləri düzgün tələffüz etməklə mətni oxuyur

  • Şəkillər üzrə təxəyyülünə uyğun kiçik mətn qurub danışır

  • Mətnin məzmununu şəkillər əsasında nəql edir.
  • Novruz bayramının əsas atributlarını tanıyır.
  • Novruz bayramının adət-ənənələrini sadalayır və izah edir.
İnteqrasiya: Musiqi 3.1.2 Texnologiya 1.3.1 Riyaziyyat 3.2.1 Həyat bilgisi 1.1.1 Dərsin tipi: induktiv İş formaları: böyük və kiçik qruplar iş. İş üsulu: beyin həmləsi, anlayışın çıxarılması, BİBÖ Resuslar: proyektor, iş vərəqləri, kompyuter















Dərsin planı və təxmini vaxt bölgüsü



1. Salamlaşma. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 1 dəq

2. Motivasiya. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .5 dəq

3. Tədqiqatın aparılması . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 10 dəq

4. İnformasiya mübadiləsi. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 8 dəq

5. İnformasiyanın müzakirəsi və təşkili. . . . . . . . . . . . . . . . . . . .10 dəq

6. Nəticə. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 5 dəq

7. Qiymətləndirmə . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 3 dəq

8. Yaradıcı tətbiqetmə. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .3 dəq

Dərsin gedişi

I mərhələ. - Salamlaşma

Sinfə daxil olub, şagirdlərlə salamlaşıram.

Motivasiya

problemin qoyulması (kompyuterde şəkillər olan sxem göstərilir)

Novruz bayrami aciq dersin icmaliNovruz bayrami aciq dersin icmaliNovruz bayrami aciq dersin icmaliNovruz bayrami aciq dersin icmaliNovruz bayrami aciq dersin icmali

?

Novruz bayrami aciq dersin icmaliNovruz bayrami aciq dersin icmaliNovruz bayrami aciq dersin icmali Novruz bayrami aciq dersin icmaliNovruz bayrami aciq dersin icmali

Müəllim: Sual işarəsinin yerinə hansı söz yazılmalıdır?Bu şəkillər hansı bayramı sizə xatırladır?( şagirdlərdən "Novruz bayramı" cavabı alınır)

Mövzunun adı şagirdlər tərəfindən deyiləndən sonra mətn şagirdlər tərəfindən abzaslarla oxunur .

Novruz bayramı haqqında nələri bilirsiniz? BİBÖ cədvəli qurulur. Şagirdlərin fikirləri cədvəlin I sütununda yazılır.

Bilirəm

İstəyirəm biləm

Öyrəndiklərim

Papaq atırlar

Paxlava,qoğal şəkərbura bişirilir

Yumurta döyüşdürülür

Tonqal qalanır

Səməni cücərdilir

Kosa keçəl gəlir

Müəllim: Novruz bayramı haqqında daha nələri bilmək istərdiniz?Bilmək istədiklərinizi sual şəklində mənə bildirin.

Bilirəm

İstəyirəm biləm

Öyrəndiklərim

Papaq atırlar

Novruz bayramından əvvəl niyə dörd tonqal yandırılır?

Paxlava,qoğal şəkərbura bişirilir

Novruz bayramı niyə mart da qeyd edilir?

Yumurta döyüşdürülür

Novruz adətləri hansılardır?

Tonqal qalanır

Novruz sözünün mənası nədir?

Səməni cücərdilir

Kosa keçəl gəlir

Tədqiqat sualı :

Novruz bayramının çərşənbələri hansılardır?

Novruz bayramı ilə bağlı hansı mərasimlər var?

II mərhələ:

Tədqiqatın aparılması.

Müəllim. - Tədqiqat sualına cavab vermək üçün işimizi qruplarda davam etdirək.

Qruplarla işləmə qaydalarını xatırladıram.Şagirdlər çərşənbələrin adlarına uyğun olaraq qruplara bölünürlər. Hər qrupa zərfin içərisində mövzunun

adı yazılmış vərəq və mövzuya aid sual kartlar olan zərf təqdim edirəm.

" Su qrupu"

İş vərəqi 1.

1.Yazın gəlişi. Müxtəlif şəkillərdən yazın gəlişini bildirən şəkilləri seçin.

Novruz bayrami aciq dersin icmali Novruz bayrami aciq dersin icmali Novruz bayrami aciq dersin icmali Novruz bayrami aciq dersin icmaliNovruz bayrami aciq dersin icmaliNovruz bayrami aciq dersin icmaliNovruz bayrami aciq dersin icmali 2.Tapmacanın cavabına uyğun şəkil çəkin. Kəmərim qırmızı, Yaşıl köynəyəm. Novruz bayramında Hər bir evdəyəm.

" Od qrupu"

İş vərəqi 2.

1.Bayrama hazırlıq. Şəkillər üzrə kiçik mətn qurub nəql edin.

Novruz bayrami aciq dersin icmaliNovruz bayrami aciq dersin icmaliNovruz bayrami aciq dersin icmaliNovruz bayrami aciq dersin icmaliNovruz bayrami aciq dersin icmali

2.Tapmacanın cavabına uyğun əşyanı plastilinlə yap.

Ağzı bağlı, bizə tanış

Ayparadı, üstü naxış.

"Yel qrupu"

İş vərəqi 3.

1.Novruz bayramı. Novruz bayramı atributlarının şəklini çəkin.

2.Tapmacanın cavabına uyğun rəngli kağızdan yapma.

Qapısız günbəzəm

Üzüm ağ, içim sarı.

Novruzda bəzənərəm

Qırmızı, yaşıl, sarı.

"Torpaq qrupu"

İş vərəqi 4.

1. Bayram axşamı.Bayram axşamı necə keçirilir?Bildiklərinizi nəql edin.

2. Tapmacanın cavabına uyğun şəkil çəkin.

Dəyirmi tağalağam,

Qat-qat paltar geyərəm.

III mərhələ

İnformasiyanın mübadiləsi

Qrup üzvlərinin iş vərəqləri lövhədən asılır təqdimat edirlər.

IV mərhələ.

İnformasiyanın müzakirəsi

Qrupların işi müzakirə olunur.

Müzakirə sualları:

1. "Təbiət canlanır" ifadəsini necə başa düşürsünüz?

2. Yazın müjdəçisi hansı quşdur?

3. Yazda hansı heyvanlar qış yuxusundan oyanır?

2. Novruz bayramı necə qeyd olunur?

3. Novruz bayramının çərşənbələri hansılardır?

4. Bayram xonçasında nələr olur?

5. Novruz bayramının hansı adətləri var?

6. Qulaq falı nədir?

7. Kosa , keçəl nəyə işarədir ?

8. Romb şəklindədir, rəngi palıdıdır, bayram süfrəsinin bəzəyidir . Uşaqlar cox sevirlər. Bu nə ola bilər?

(yumurta ,səməni , paxlava ,qoğal, şəkərbura)

Tapşırıq 1:

Novruz bayramı ilə bağlı hansı adət yoxdur?

  1. Tonqal üstündən tullanma;

  2. Yumurta döyüşdürmək;

  3. Öküz yarışı keçirmək.

Tapşırıq 2:

  • Yazın gəlişini hansı quş bildirir?

  1. Dəvəquşu;

  2. Göyərçin;

  3. Qaranquş.

Tapşırıq 3:

  • Hansı bayramı daha böyük səbirsizliklə gözləyirsiniz?

  1. Qurban bayramı;

  2. Novruz bayramı;

  3. Yeni il.

Tapşırıq 4:

KROSSVORD

YUXARIDAN AŞAĞI:

1.Uşaq şairlərindən biri

2.Novruz bayramı keçirilən ay

3.Kartofa bənzəyir, tüklü meyvə

SOLDAN SAĞA:

1.Novruz bayramında boyanan

2.Novruzun rəmzi

3.Həm fəsili , həm də hərəkət bildirən söz





1

BİBÖ cədvəlində öyrəndiklərimizi qeyd edirik.

Bilirəm

İstəyirəm biləm

Öyrəndiklərim

Papaq atırlar

Novruz bayramından əvvəl niyə dörd tonqal yandırılır?

Novruzun 4 ünsürü - su, od, yel, torpaq çərşənbələri var

Paxlava,qoğal şəkərbura bişirilir

Novruz bayramı niyə mart da qeyd edilir?

Novruz sözünün mənası yeni gün, bahar bayramı-yazın gəlişini bildirən milli bayramı deməkdir. Martın 21də gecə gündüz bərabərləşir.

Yumurta döyüşdürülür

Novruz adətləri hansılardır?

Novruzun gəlişi ilə təmizlik işləri aparılır, xonçalar bəzədilir, tədbirlər keçirilir, küsülülər barışır, böyüklərin bayramını təbrik edirlər,qulaq falına çıxılır və s.

Tonqal qalanır

Novruz sözünün mənası nədir?

İlk çiçək bənövşə , novruzgülü açılır, zoğal ağacı çiçək açır.

Səməni cücərdilir

Kosa keçəl gəlir

V mərhələ

Nəticə:

Martın 21 də gecə ilə gündüz bərabərləşir.Elimizə yaz fəsli bahar gəlir.Yaz

fəslində Novruz bayramı qeyd olunur.Novruz sözünün mənası " yeni gün" deməkdir.Yazda təbiət oyanır, torpaq canlanır.Novruzun 4 ünsürü olan çərşənbələrin birincisi su çərşənbəsi adlandırılıb. Bahara doğru çaylarin azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş -yavaş islanmağa başlayır.

İkincisi Od çərşənbəsi adlanir.Ona görə ki,bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır,isindirir,onu yaratmaq üçün hazırlayır.

Üçüncüsü Yel çərşənbəsidir.Yəni yel artıq azacıq oyanmış torpağı,təzəcə çıxmış yaza həsrət gülləri tərpədir,tumurcuqlayan agaclari yelləndirir.

Axirinci torpaq çərşənbəsidir. Torpaq çərşənbəsin də torpaq oyanır.Torpağı ana təbiət-Allahımız su ilə islatdı,günəşlə isitdi,onu yaratmağa hazırladı.

Novruzun gəlişi ilə təmizlik işləri aparılır.Tədbirlər keçirilir, küsülülər barışır,böyüklərin bayramların təbrik edilir, tonqallar qalanır,xonçalar bəzədilir.

Paytaxtımızda da Novruz bayramı tədbirləri keçirilir. Dövlətimizin başçısı, prezdentimiz İlham Əliyev bu tədbirlərin keçirilməsinə hər zaman xüsusi diqqət yetirir və bayram tədbirlərində iştirak edir.

İndi isə Novruz bayramıyla bağlı slayda baxaq.

VI mərhələ:

Qiymətləndirmə.

Qruplar Meyarlar

Su

Novruz bayrami aciq dersin icmali

Od

Novruz bayrami aciq dersin icmali

Yel

Novruz bayrami aciq dersin icmali

TorpaqNovruz bayrami aciq dersin icmali

Tapşırığı yerinə yetirir

Şəkil üzrə danışır

Əməkdaşlıq edir

Nəticə çıxarır

Yekun

VII mərhələ

Yaradıcı tətbiqetmə.

Novruz bayramı münasibəti ilə dostları və qohumları təbrik etmək üçün açıqcalar hazırlamaq.

11


© 2010-2022