- Преподавателю
- Начальные классы
- Ailəyə sosial – pedaqoji köməyin formaları
Ailəyə sosial – pedaqoji köməyin formaları
Раздел | Начальные классы |
Класс | - |
Тип | Конспекты |
Автор | Аскерова Ш.И. |
Дата | 10.03.2015 |
Формат | docx |
Изображения | Нет |
Ailəyə sosial - pedaqoji köməyin formaları.
Xarici təcrübədə ehtiyacı olanlara sosial-pedaqoji köməyin göstərilməsi sahəsində zəngin təcrübə yığılmışdır. Bunlara uzun müddətli və qısa müddətli iş formaları daxildir. Qısa müddətli forma arasında alimlər qarşılıqlı hərəkətdə krizisintervent və problem-istiqamətləndirirci modellərinə ayırır. Ailə ilə krizisintervent modelin işi yalnız ailə kritik vəziyyətə düşən və ailədə köklü dəyişikliklər olan zaman olunan köməkdən ibarətdir. Belə mənfi hallar uşağın yaş dövrü ilə əlaqədar, ailədə psixoloji-pedaqoji problemlər olan zaman özünü göstərir. 3 yaşında krizis əsas individual-psixoloji keyfiyyətlərin formalaşması zamanı baş verir; 7-8 yaşında məktəbli statusuna, yeni həyat tərzinə uyğunlaşma, müəllimlərlə, uşaq kollektivi ilə münasibət qurmaq; 12-17 - özünü təsdiq dövrü, valideynlərlə, bütünlüklə böyüklər və valideynlərlə münasibətdə dəyişikliklər, 18 - 21 - sosial özünütəsdiq əlaməti meydana gəlir. Kritik vəziyyət öz diqqətini dezaptasiya masştabında və əldə olan vasitələrlə bunun öhdəsindən gəlməyə yönəlir. Bu halda ailənin həm daxili resurslarından, həm də kənar kömək formalarından istifadə olunur. Əgər həyəcanı, asılılığı, psixi diskomfortu və digər kritik vəziyyətləri aradan qaldırmaq mümkün olsa, kömək uğurlu sayılır. Yaxşı olardı ki, stress vəziyyətlərində böyük psixoloji reabilitasiya bacarığına malik olan professional psixoloqlara müraciət edilsin. Lakin qeyd etmək lazımdır ki, bu vəziyyətdə kömək kompleksli və problemin geniş dərəcədə əhatə olunması ilə bağlı olmalıdır. Bunlar ailə üzvləri, formal olmayan yardım qrupları, xüsusi müəssisələr (sosial müdafiə, reabilitasiya mərkəzləri və s.) ola bilər, kimin ki, diqqətini ailənin problemlərinə və ehtiyaclarına yönəltmək lazımdır. Sosial pedaqoqun məsələsi lki nəzilmə və özünü itirmə hallarının aradan qaldırılmasında kömək etmək, sonra isə ailənin reabilitasiyasında fəal mövqe tutmalıdır. Buna görə də sosial pedaqoq nümunəvi yardım göstərməlidir, əsas diqqətini hər bir ailə üzvünün inkişafına yönəltməlidir. Bundan əlavə, sosial pedaqoq ailə və onlarla işləyən mütəxəssislər arasında vasitəçi rolunda da çıxış edir. Həkimlər müalicə, psixoloqlar - psixikanın bərpası ilə məşğul olarkən, sosial pedaqoq ailəyə krizisi aradan qaldırmağa və hərəkət etməyə kömək edir. Məsələn, digər qohumlarla, ailələrlə əlaqə yaratmağa. Beləliklə sosial pedaqoq individual söhbətdə bir vasitəçi kimi effektli psixoloji yardım edir. Bundan əlavə ailə ailəvi terapiyaya cəlb oluna bilər. Bunun da əsas məqsədi ailə üzvləri arasında münasibətləri yaxşılaşdırmaqdır. Belə təşkildə ailəyə psixoterapevtik təsir istisna deyil. Hərəkətin problemli-orientir modeli qısamüddətli iş strategiyası daxildir, lakin bu 4 aydan artıq çəkmir. Problemli-orientir modeli konkret praktik məsələlərin həllinə yönəlmişdir, hansı ki, ailə tərəfindən irəli sürülmüş və tanınmışdır. Bu modelin mərkəzində tələblər durur. Problem-orientir modelinin əsasını insanların onları sərbəst şəkildə həll etmək və ya onların gərginliyini aradan qaldırmaq bacarığı durur. Buradan sosial pedaqoqun qarşısında belə şəraiti yaratmaq vəzifəsi durur. Diaqnostik mərhələnin xüsusiyyətləri ondadır ki, sosial pedaqoq öz diqqətini ailənin daxili xüsusiyyətlərinə, bu problemi yaradan situasiyalara yönəldir. Ailə ilə birlikdə konkret məqsədlər əldə edilir. Məsələn, uşaqla ata arasında kontakt yaratmaq və s. Bu model problemin həllində birliyi tələb edir. İş birgə əməkdaşlıq şəraitində, ailəyə mane olan maneələrin aradan qaldırılması və bu zaman ailə üzvlərinin xüsusiyyət və köməyinə arxalanmaq durur. Problemin uğurlu həlli növbəti yaranan problemli situasiyaları sərbəst surətdə aradan qaldırmağa imkan yaradır. Ailə ilə iş o halda vacibdir ki, problem üzvlər arasında qarşılıqlı münasibətdə mövcuddur. Bu problemlərə daxildir: uşağa destruktiv münasibət, tərbiyənin düzgün aparılmaması, qane edilməyən psixoloji durum. Problemli-orientir modelinin aparıcı metodunun əsasını ailəyə yardım edən sosial pedaqoqla ailə və ya onun üzvlərindən biri ilə müqavilə bağlanmasıdır. Müqavilənin bağlanmasında ailənin rolu- arzu olunan məqsədin və məsələnin sonrakı fəaliyyətdə təyin olunmasıdır. Sosial pedaqoqun rolu onun üçün də vacib olan müddətin təyin olunması və məqsədin həyata keçirilməsidir. Hazırkı vəziyyətdə hər iki tərəf rəsmi sənədlərlə möhkəmlənən mənəvi vəzifələr daşıyır. Müqavilənin tərtibi - müştərinin özünü təyini üçün təcrübədə əsas etik prinsiplərin realizəsinə əsaslanır. Psixo sosial yanaşmanın əsas məqsədi ya ailə sistemini, ya da vəziyyəti dəyişməkdir.
- ailəyə təsir göstərən digər ictimai sistemlər, yaxud hər ikisinə eyni zamanda təsir etmək.
- diaqnostik: həyat şəraiti ilə tanış olmaq, mümkün olan təhlükə faktorlarının öyrənilməsi (tibbi, sosial, məişət), mövcud olan problem vəziyyətin öyrənilməsi;
- yoxlamalar: ailənin və uşağın vəziyyətinin qiymətləndirilməsi, problemin dinamikası (əgər ailədə kontakt təkrar olursa); reabilitasiya tədbirlərinin gedişinin analizi, valideynlər tərəfindən zəmanət;
- adaptasiya - reabilitasiyalı: konkret nümunəvi, psixoloji, vasitəçilik köməyi.
- kommunikal bacarıq və vərdişlər: "fəal dinləmə" bacarığı, bu o deməkdir ki, valideynlər öz uşaqlarını maraqla dinləməyi bacarırlar;
- stres vəziyyətlərinin psixogigiyenik fəndlər vasitəsilə öhdəsindən gəlmək. Uşağa psixoterpiftik təsir göstərmək;
- psixoloji-pedaqoji fəndlər: erkən inkişaf təhsili fəndləri, uşağın davranışı.