Isim, sifət say, evezlik fel haqqında melumat

Раздел Начальные классы
Класс -
Тип Тесты
Автор
Дата
Формат docx
Изображения Есть
For-Teacher.ru - все для учителя
Поделитесь с коллегами:

Bakı şəhəri Binəqədi rayonu "Delfin"uşaq bağçası Rəhimova Səbinə Rövşən qızı tərəfindən orta qrup səviyyəsində Sadə Riyazi Təsəvvürlərin İnkişafı məşğələsi üçün tərtib olunmuş icmal. Məşğələnin vaxtı 20 dəqiqə.

İdrakın inkişafı.

Standart: İdrak inkişafı-

2.2.3. Əşyaları müəyyən əlamətinə (forma, ölçü, rəng, kəmiyyət) görə fərqləndirir və

müqaisə edir.

2.2.4. Əşyalar, həndəsi fiqurlar və rəqəmlərlə sadə əməliyyatlar (toplama, az-çox, uzun- qısa, böyük-kiçik, hündür-alçaq) yerinə yetirir.

Mövzu: " Bir və çox anlayışları "

Məqsəd: 1. Əşyaları müəyyən əlamətinə görə fərqləndirir. 2. Əşyaları müəyyən əlamətinə görə müqaisə edir. 3. Bir və çox anlayışlarını dərk etdiyini nümayiş edir. 4. Əşyalarla sadə əməliyyatları yerinə yetirir. 1 ədədini tanıyır.

5. Anladığını 2-4 sözdən ibarət sadə cümlələrdən istifadə edərək ifadə edir.

İnteqrasiya: İd. 2.1.2. Danışığında 2-4 sözdən ibarət sadə cümlələrdən istifadə edir.

Es. 3.1.1. Sadə təsvir alətlərindən və vəsaitlərdən (karandaş, flamaster, fırça, yapışqan, plastilin) təyinatına görə istifadə edir.

S.e 4.1.2. Problemin həllində təşəbbüskarlıq göstərir.

İş üsulu: Tap-tapmaca, suallar, əqli hücum, müzakirə, söz assosiasiyası.

İş forması: Kollektivlə iş, fərdi iş.

Resurslar və təchizat: Lövhə, proyektor, Mimio Studio qurğusu, karandaşlar, iş vərəqləri, müxtəlif şəkillər, çəmən, özün rənglə.



Məşğələnin gedişi :

I mərhələ. Motivasiya.Isim,sifət say,evezlik fel haqqında melumat

-Səmaya gecə heç baxmısınızmı?

-----

- Nə görmüsünüz səmada?

--

-Ulduzları saymaq heç istəmisiniz?

---

Hətta saymağı bacarsanız belə, ulduzları sayıb qurtara bilməzsiniz. Sizcə niyə?

--

- Səmada ulduzlar çoxdur, yoxsa Ay?

- Elə isə mövzumuz "Bir və çox anlayışları"dır.


II Dərketmə mərhələsi :

- Ekranda nə görürsünüz?

-

- Masanın üzərində çiçəklərin sayı çoxdur, yoxsa güldanda?

--

- Elədir, güldannda bir dənə çiçək var. Güldanda çiçəklərin sayını çoxaltmaq üçün nə etmək lazımdır?

--

- Bəli, masanın üzərindəki çiçəklər solmasın deyə, bir - bir güldanın içinə yığaq.

- Güldanın içindəki çiçəklərin sayı necə dəyişdi? Azaldı, yoxsa çoxaldı?

Tapşırıq: Uşaqlar, göy rəngli topların sayı çoxdur, yoxsa futbol topunun sayı? Turan futbol topunu istəyir.Kim futbol topunu tapıb Turana verər?

Tapşırıq: Başladığım fikri "çox" və ya "bir" sözlərindən istifadə edərək tamamlayın.

Günəş .... . Yer kürəsində uşaqlar .... . Səmada Ay ..... . Səmada ulduzlar ...... . İnsanın burnu .... . Ağacda yarpaqlar ... . Narın dənələri .... (Şəkillər lövhədə əks olunur)

Tapşırıq: (Tap-tapmaca üsulundan istifadə edərək)

Dairənin ətrafındakı şəkillərə aid suallar verilir:Isim,sifət say,evezlik fel haqqında melumat

  • Ağaca neçə quş qonub?

  • -

  • Güldanda neçə gül var?

  • Ağacda neçə alma var?

  • -

  • Qabda neçə dənə ərik var?

  • -

  • Tortun üzərində neçə şam var?

  • -

  • Dairəyə toxunmaqla bir anlayışının rəqəmlə ifadəsini görə bilərsiniz.

Tapşırıq: (Şəkil üzrə danış) Şəkildə gördüklərinizi "bir" və "çox" sözlərindən istifadə edərək danışın.

Tapşırıq: (Şəkil üzrə iş ) Şəkildə 1 ədəd nə varsa dairəyə alın.

Tapşırıq: 1.Bu çubuqlardan 1 ədədini quraşdırın. 2. 1 ədədini rəngləməsi.

İdman dəqiqəsi: (2 dəqiqədən artıq olmamalı)

Öyrənməyi çox sevirik,

Beynimiz hey işləyir.

Lakin biz bunu bilək,

Sağlamlıq üçün gərək

Biz hərəkət də edək.

İndi isə birlikdə

Gəlin hərəkət edək.

Sağ əlimizi qaldiraq

Yuxarı lap yuxarı.

Axı o, çox zirəngdir.

Sol əlimizsə ləngdir.

İndi isə çalışaq

Sol əlimizi qaldıraq.

Özümüz üçün əl çalaq ,

Bircə dəfə əl çalaq.

Indi isə fırlanaq,

Bir dəfə də firlanaq,

Hamımız üçün əl çalaq.

Çoxlu, çoxlu əl çalaq.

Hey alqışlar qazanaq!

III Düşünmə mərhələsi :

Sarı dairə çoxdur yoxsa narıncı? Gəlin təsəvvür edək ki, bu sarı dairələr çiçəyin ləçəkləridirlər. Çiçəyin ləçəkləri çox olurmu? Narıncı dairə isə çiçəyin ortasıdır. Kim gəlib bu dairələrdən çiçək quraşdırar? Bir nəfər lövhədə işləyir - Dairələrdən çiçək quraşdırır. Sarı dairələr çoxdur, narıncı dairə bir dənədir. Isim,sifət say,evezlik fel haqqında melumat Isim,sifət say,evezlik fel haqqında melumatIsim,sifət say,evezlik fel haqqında melumat Isim,sifət say,evezlik fel haqqında melumat Isim,sifət say,evezlik fel haqqında melumat

Uşaqlar lövhədəki çiçəyə nümunə kimi baxıb, öz masasının üzərindəki çiçək rəngləməni, uyğun rənglərlə rəngləyirlər. Ləçəklər çoxdur və sarı rəngdədir, ortasini isə narıncı rənglə rəngləyirlər.

Sonra tərbiyəçi uşaqlara, rənglədikləri çiçəkləri masanın üzərindəki çəmənə qoymağı təklif edir və çəməndə çiçək yox idi, hərə birini qoydu çəməndə çoxlu çiçək oldu. Birlikdə bu gözəlliyi yaratdıq. Afərin sizə!!!

Isim,sifət say,evezlik fel haqqında melumatIsim,sifət say,evezlik fel haqqında melumatIsim,sifət say,evezlik fel haqqında melumat

Ümumiləşdirmə: 1. Bir və çox anlayışlarını dərk etdiyinizi tapşırıqları yerinə yetirməklə göstərə bildiniz. Əşyaları rəng və kəmiyyətinə görə fərqləndirə bildiniz. 1 ədədini artıq tanıyırsınız . Şəkildə gördüklərinizi, kiçik cümlələrdən istifadə edərək çox və biri ayıra bildiyinizi göstərdiniz. Bir çoxdan azdır, çox birdən çoxdur - bunu artıq dərk edirsiniz.

Sonda uşaqların fəaliyyətini qiymətləndirmək məqsədi ilə hər uşağa 1 ədədinin rəngləməsi hədiyyə edilir. (Asudə vaxtlarında rəngləmək üçün) .

Isim,sifət say,evezlik fel haqqında melumat

"Delfin" uşaq bağçası : Rəhimova Səbinə Rövşən q.



© 2010-2022