Azerbaycan dili Kicik summativ qiymetlendirme

Раздел Начальные классы
Класс -
Тип Тесты
Автор
Дата
Формат doc
Изображения Нет
For-Teacher.ru - все для учителя
Поделитесь с коллегами:

AZƏRBAYCAN DİLİ - IV SİNİF

Şagirdin adı,soyadı: ____________________ Tarix:________________

1-5-ci suallar aşağıdakı mətnlə bağlıdır.

Muradgil gəzməyə gedəsi idilər.

Atası Murada:

- Əvvəlcə maşını yuyaq,sonra gedərik,dedi.-Mən maşının içini təmizləyim,sənsə üstünü.

Ata ilə oğul başladılar.Bir azdan atası işini qurtarıb evə getdi.Murad isə hələ maşını yuyub qurtarmamışdı,ancaq gəzməyə getmək üçün tələsirdi.O,qabdakı suyu maşının üstünə boşaldıb evə qaçdı.

Ata evdən çıxanda maşını görüb başını buladı.Çünki maşının bəzi yerləri palçıqlı və köpüklü qalmışdı.

Atası "Səncə,bu maşın təmizlənib?" - deyə soruşanda Murad utanıb başını aşağı saldı.

1. Murad maşını yuyurdu,çünki ...

A) Gəzməyə getmək istəyirdi.

B) Maşın sürmək istəyirdi.

C) Bu işdən xoşu gəlirdi.

2. Muradın atası başını buladı,çünki ...

A) Muradın üst-başı çox çirklənmişdi.

B) Maşının təkəri deşilmişdi.

C) Maşın təmiz yuyulmamışdı.

3. Muradın hərəkətini necə adlandırmaq olar?

A)Bacarıqsızlıq B) Lovğalıq

C) Məsuliyyətsizlik

4. Murad niyə öz işinə ciddi yanaşmadı?

A) Çünki gəzməyə getmək üçün tələsirdi.

B) Çünki onun daha vacib işləri vardı.

C) Çünki Murad maşın yumağı xoşlamırdı.

5. Murad nə üçün utandı?

A) İşini yaxşı görməmişdi.

B) Bütün həyət palçıq olmuşdu.

C) Maşının qapıları açıq qalmışdı.

6. Hansı birləşmədəki "şəkil" sözündə "i" saiti düşmür?

A) Onun şək...li B) divardakı şək...lə

C) onun şək...ləri

7.Hansı cümlədəki "oğul" sözündə "u" saiti düşür?

A) Belə oğ...lla fəxr etməyə dəyər.

B) Oğ...luna yaxşı tərbiyə ver ki,el ona hörmət etsin.

C) El oğ...llar böyüdüb ki, dar gündə ona dayaq olsun.

8. Birinci saiti düzgün yazılmış söz hansıdır?

A) bəraət B) sadaqət C) navaziş

9. Hansı sıradakı hər iki sözdə nöqtələrin yerinə "g" samiti yazılmalıdır?

A) seç...i,ver...ül B) yün...ül, ciz...i

C) yadi...ar, bit...i

10. Belə bir söz orfoqrafiya lüğətində yoxdur:

A) taxta B) şaxta C) baxça

11-15-ci suallar MMV-dəki dinləmə mətni ilə bağlıdır.

11.Hansı saatlar funksiyasına görə bir-biri ilə oxşardır?

A) Günəş saatı və qum saatı

B) Su saatı və qum saatı

C) Mexaniki saat və su saatı

12. Bu saatlardan hansı günün vaxtını təyin etməyə imkan verir?

A) Günəş saatı B) qum saatı C) su saatı

13. Müasir zamanda qum saatından hansı idman növündə istifadə etmək olar?

A) qaçış B) boks C) üzgüçülük

14. Fikirlərdən biri doğrudur:

A) Buludlu havada Günəş saatı işə yaramırdı.

B) Qum saatından yalnız səhralarda istifadə etmək mümkün idi.

C) Su saatından yalnız dənizçilər istifadə edirdi.

15. Mexaniki saatla müqayisədə elektron saatın üstün cəhəti nədir?

A) Daha dəqiq işləyir.

B) Vaxtında oyanmaq üçün istifadə etmək olar.

C) Gecə,yoxsa gündüz olduğunu bilmək imkanı yaradır.

16. Rəng bildirən hansı sifət həm də ad bildirir?

A) qırmızı B) göy C) sarı

17. İsimlərdən biri həm də sifətdir:

A) çadır B) buruq C) ordu

18. Saylardan hansı həm də hərəkət bildirir?

A) min B) bir C) yüz

19. İsimlərdən biri həm də feildir:

A) saat B) at C) ot

20. "Zəncirlə" sözü feil kimi işləndikdə necə tələffüz olunur?

A) [zəncirnən] B)[zəncirlə] C) [zəncirrə]

Düzgün cavablar:____ Səhv cavablar:____

Qiymət:____ Müəllimin imzası: ______

© 2010-2022