Презентация по англиский языку на тему Noun (5 form)

jgpwepopoweiktwjejkkkkjfowkfwkd;wk;powdlakndhoeirwd;ax;lawipomsmcmclknslllewklsnsncns,c.,zcdklfs,m.,sm.,sfmemflkwnflwelfwlmc,sm,cmmflkjsmgggghhwjwjkwkfwwewkkdk;w;w;wdlwlww;dw;lwwdwwldlwlewlwl;kewlw;lw;d;lqwlwaa;lwlwl;ww;l;wk;lw;lwk;w;q;qk;q;q/,/;LWKMQQDQQL;LQKOKPOQDLAALKJDQOQLKW;QWLK;QK;QK;QQ;KD;LQDKLAJLKJQWJQ;LQLALLQJQKQK;LQK;QK;K;QJQJLJDLJDQJKLJI2EOPO4WJWEWL;LQ;QK;QK;QKQ;Q;QA;KD;AD;AL;DA';LS'AA'L'ALA'LD'A'AL'Q'LD'ADL'ALD'AD'AALLA'LLALD';DA;D;A;K;LKAKKKJJUIOPOIOH;KJKJKKJKGYYTYIOIUOIPPOP[GFTYTYU...
Раздел Иностранные языки
Класс -
Тип Презентации
Автор
Дата
Формат docx
Изображения Нет
For-Teacher.ru - все для учителя
Поделитесь с коллегами:

Xarici dil (V- IXsiniflər)


Azərbaycan Respublikasinin ümumtəhsil məktəbləri üçün xarici dil fənni üzrə təhsil proqramı (kurikulumu) (V- IXsiniflər)

1. Xarici dil fənni üzrə ümumi təlim nəticələri

Ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə şagird:

•mətnləri sərbəst oxuyur, leksik və qrammatik vahidlərdən dialoji və monoloji nitqin formalaşdırılmasında istifadə edir;

•dilin qrup formasında öyrənilməsi prosesində ünsiyyət etiketi qaydalarına əməl edir, yoldaşlarının nitqinə münasibət bildirir;

•öz fikirlərini sadə formada yazılı ifadə edir;

•öz nitqini planlaşdırır, eyni fikri müxtəlif formalarda ifadə edir;

•lüğət nümunələri hazırlayır, dil öyrənmə prosesində lüğətlərdən, yardımçı vəsaitlərdən, texnoloji vasitələrdən məqsədyönlü istifadə edir.

2. Məzmun xətləri üzrə təlim nəticələri

Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri

Dinləyib-anlama

Şagird:

•dinlədiyi mətnin məzmununa münasibət bildirir;

•dinlədiyi mətnin məzmununu şərh edir.

Danışma

Şagird:

•söz və ifadələrdən məna və qrammatik xüsusiyyətlərinə görə istifadə edir;

•dialoji və monoloji nitq bacarıqları nümayiş etdirir;

•fikirlərini müqayisələr aparmaqla izah edir.

Oxu

Şagird:

•mətndəki yeni söz və ifadələri mənimsədiyini nümayiş etdirir;

•mətni sürətli, düzgün və ifadəli oxuyur;

•oxuduğu mətnin məzmununu məntiqi ardıcıllıqla danışır;

•oxuduğu mətnin məzmununa münasibət bildirir.

Yazı

Şagird:

•yazısında mətnin tərkib hissələrini (giriş, əsas hissə, nəticə) əlaqələndirir;

•müxtəlif formalı (ifadə, inşa, esse, hekayə, məktub, ərizə, tərcümeyi-hal) rabitəli mətnlər qurur;

•fakt və hadisələrə yazılı münasibət bildirir;

•müxtəlif konstruksiyalı cümlələri düzgün yazır.

3. Siniflər üzrə təlim nəticələri və məzmun standartları

V sinif

V sinfin sonunda şagird:

•kiçikhəcmli dialoqlarda iştirak edir;

•kiçikhəcmli mətnlərin məzmununu danışır;

•dinlədiyi və oxuduğu mətnlərdə yeni söz və ifadələri seçir, qruplaşdırır və düzgün oxuyur;

•sözləri məna və qrammatik cəhətdən əlaqələndirərək cümlələr qurur.

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Dinləyib- anlama

Şagird:

1.1. Dinlədiyi mətnin məzmununu anladığını nümayiş etdirir.

1.1.1. Müraciətlər zamanı sadə sualları cavablandırır.

1.1.2. Dinlədiyi mətndə yeni söz və ifadələri seçir.

2. Danışma

Şagird:

2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.

2.1.1. Yeni söz və ifadələrdən düzgün istifadə edir.

2.1.2. Kiçikhəcmli dialoqlarda iştirak edir.

2.1.3. Kiçikhəcmli mətnlərin məzmununu danışır.

3. Oxu

Şagird:

3.1. Oxuduğu mətnin məzmununu mənimsədiyini nümayiş etdirir.

3.1.1. Söz və ifadələri seçir və qruplaşdırır.

3.1.2. Mətndəki sözləri düzgün tələffüzlə oxuyur.

3.1.3. Mətnin bütöv hissələrini fərqləndirir.

3.1.4. Mətnin məzmununa uyğun suallara cavab verir.

4. Yazı

Şagird:

4.1. Düzgün yazı bacarıqları nümayiş etdirir.

4.1.1. Verilmiş sözləri məna və qrammatik cəhətdən əlaqələndirərək cümlələr qurur.

4.1.2. Gördüyü əşya və hadisələrin adını yazır.

4.1.3. Sözlərdə böyük və kiçik hərflərin yazılış qaydalarına əməl edir.

VI sinif

VI sinfin sonunda şagird:

•dinlədiyi mətndəki yeni informasiyanı müəyyən edir;

•söz və ifadələrin leksik-semantik mənalarını fərqləndirir, onlardan danışığında istifadə edir;

•müxtəlif mövzulu dialoqlarda iştirak edir;

•mətni tərkib hissələrinə ayırır və məzmununa uyğun suallar verir;

•sözləri düzgün yazır, kiçikhəcmli mətnlər qurur;

•məktub və elan yazır.

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Dinləyib- anlama

Şagird:

1.1. Dinlədiyi mətnin məzmununu anladığını nümayiş etdirir.

1.1.1. Müraciətlər zamanı sualları cavablandırır.

1.1.2. Dinlədiyi mətndəki yeni informasiyanı müəyyən edir.

2. Danışma

Şagird:

2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.

2.1.1. Öyrəndiyi yeni söz və ifadələrdən mövzuya uyğun istifadə edir.

2.1.2. Müxtəlif mövzulu dialoqlarda iştirak edir.

2.1.3. Mövzu ilə bağlı fikirlərini ifadə edir.

3. Oxu

Şagird:

3.1. Oxuduğu mətnin məzmununu mənimsədiyini nümayiş etdirir.

3.1.1. Söz və ifadələrin leksik-semantik mənasını fərqləndirir.

3.1.2. Mətndəki sözləri düzgün vurğu ilə oxuyur.

3.1.3. Mətni tərkib hissələrinə (giriş, əsas hissə, nəticə) ayırır.

3.1.4. Mətnin məzmununa uyğun suallar verir.

4. Yazı

Şagird:

4.1. Düzgün yazı bacarıqları nümayiş etdirir.

4.1.1. Verilmiş cümlələr əsasında kiçikhəcmli mətnlər qurur.

4.1.2. Gördüyü əşya və hadisələrin əlamətlərini yazır.

4.1.3. Sözləri orfoqrafiya qaydalarına uyğun yazır.

4.1.4. Məktub və elan yazır.

VII sinif

VII sinfin sonunda şagird:

•dinlədiyi və oxuduğu mətnlərdə əsas fikri və məntiqi ardıcıllığı müəyyən edir;

•nitq etiketlərindən, nitq modellərindən istifadə edir;

•verilmiş mövzu ilə bağlı fikirlərini şifahi və yazılı ifadə edir;

•orfoqrafiya işarələrindən düzgün istifadə edir;

•afişa və dəvətnamə yazır.

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Dinləyib- anlama

Şagird:

1.1. Dinlədiyi mətnin məzmununu anladığını nümayiş etdirir.

1.1.1. Müraciətlərə uyğun tapşırıqları icra edir.

1.1.2. Dinlədiyi mətndəki əsas fikri müəyyən edir.

2. Danışma

Şagird:

2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.

2.1.1. Öyrəndiyi nitq modellərindən məqsədyönlü istifadə edir.

2.1.2. Dialoqlarda nitq etiketlərindən istifadə edir.

2.1.3. Mövzu ilə bağlı fikirlərini müxtəlif formalarda (şəxsi dəyişmək, zamanı dəyişmək) ifadə edir.

3. Oxu

Şagird:

3.1. Oxuduğu mətnin məzmununu mənimsədiyini nümayiş etdirir.

3.1.1. Söz və söz birləşmələrini morfoloji xüsusiyyətlərinə görə qruplaşdırır.

3.1.2. Mətni uyğun ton, temp, ritm və fasilə ilə oxuyur.

3.1.3. Mətnin tərkib hissələri arasındakı məntiqi ardıcıllığı müəyyən edir.

3.1.4. Mətndəki əsas fikri müəyyən edir.

4. Yazı

Şagird:

4.1. Düzgün yazı bacarıqları nümayiş etdirir.

4.1.1. Verilmiş mövzu üzrə fikirlərini yazılı ifadə edir.

4.1.2. Müxtəlif əşya və hadisələri təsvir edir.

4.1.3. Orfoqrafiya işarələrindən düzgün istifadə edir.

4.1.4. Afişa və dəvətnamə yazır.

VIII sinif

VIII sinfin sonunda şagird:

• dinlədiyi və oxuduğu mətnin məzmununu hissələrə ayırır və plan tərtib edir;

• müxtəlif cümlə konstruksiyaların¬dan istifadə etməklə fikirlərini ardıcıl ifadə edir;

• söz və söz birləşmələrini qrammatik xüsu¬siyyətlərinə görə fərqləndirir, cümlələri düzgün in¬to-nasiya ilə oxuyur;

• mətndəki fakt və hadisələri seçir, qruplaşdırır;

• durğu işarələrindən düzgün istifadə edir;

• anket formaları doldurur, məlumat xarakterli mətnlər tərtib edir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Dinləyib anlama

Şagird:

1.1. Dinlədiyi mətnin məzmununa münasibət bildirir.

1.1.1. Müraciətlərə uyğun tapşırıqları ardıcıl icra edir.

1.1.2. Dinlədiyi mətnin məzmununu hissələrə ayırır.

2. Danışma

Şagird:

2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.

2.1.1. Fikrini müxtəlif cümlə konstruksiyaları ilə ifadə edir.

2.1.2. Müzakirələrdə mövzu ilə bağlı fikirlərini bildirir.

2.1.3. Mövzu ilə bağlı fikirləri məntiqi ardıcılllıqla ifadə edir.

3. Oxu

Şagird:

3.1. Oxuduğu mətnin məzmununu mənimsədiyini nümayiş etdirir.

3.1.1. Söz və ifadələri qrammatik-semantik xüsusiyyətlərinə görə fərqləndirir.

3.1.2. Cümlələri məqsəd və intonasiyaya görə düzgün oxuyur.

3.1.3. Mətnin məzmununa uyğun plan tutur.

3.1.4. Mətndəki əsas fakt və hadisələri seçir, qruplaşdırır.

4. Yazı

Şagird:

4.1. Düzgün yazı bacarıqları nümayiş etdirir.

4.1.1.Dinlədiyi mətnin məzmununu ardıcıl yazır.

4.1.2. Məlumat xarakterli mətnlər yazır.

4.1.3. Sadə cümlələrdə durğu işarələrindən istifadə edir.

4.1.4. Müxtəlif anket formalarını doldurur.

IX sinif

IX sinfin sonunda şagird:

•dinlədiyi və oxuduğu mətnin məzmununu danışır;

•oxuduğu mətnin məzmununa yazılı və şifahi münasibət bildirir;

•müzakirələrə qoşulur, fikirlərini izah edir;

•nitq vahidlərindən istifadə etməklə fikirlərini müxtəlif formalarda ifadə edir;

•müxtəlif konstruksiyalı cümlələri düzgün oxuyur və yazır;

•tərcümeyi-hal, ərizə yazır.

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Dinləyib-anlama

Şagird:

1.1. Dinlədiyi mətnin məzmununa münasibət bildirir

1.1.1. Müraciətdə ifadə olunan fikrə münasibət bildirir.

1.1.2. Dinlədiyi mətnin məzmu¬nunu şərh edir.

2. Danışma

Şagird:

2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.

2.1.1. Fikrini müxtəlif nitq vahidlərindən istifadə etməklə ifadə edir.

2.1.2. Müxtəlif mövzularda müzakirələr (təbiət, cəmiyyət, ailə, məktəb) aparır.

2.1.3. Fikirlərini müqayisələr aparmaqla izah edir.

3. Oxu

Şagird:

3.1. Oxuduğu mətnin məzmununu mənimsədiyini nümayiş etdirir.

3.1.1. Söz və ifadələrin qrammatik-semantik xüsusiyyətlərini izah edir .

3.1.2. Mətndəki müxtəlif konstruksiyalı cümlələri düzgün oxuyur.

3.1.3. Oxuduğu mətnin məzmununu məntiqi ardıcıllıqla danışır.

3.1.4. Oxuduğu mətnin məzmununa münasibət bildirir.

4. Yazı

Şagird:

4.1. Düzgün yazı bacarıqları nümayiş etdirir.

4.1.1. Fikirlərini müxtəlif formalarda (inşa, esse, hekayə) ifadə edir.

4.1.2. Fakt və hadisələrə yazılı münasibət bildirir.

4.1.3. Müxtəlif konstruksiyalı cümlələri düzgün yazır.

4.1.4. Ərizə, tərcümeyi-hal yazır.



© 2010-2022