Кристина Августа ( внеклас. чтен.)

İsveç kraliçası, elmlərin himayçisi…   Kristina Avqusta 1626 –cı il dekabrın 8-də İsveç kral ailəsində dünyaya göz açıb. Həyata gəlişinin ilk anında onun möhkəm səsi və  möhkəm bədəni bütün saray əyanlarında uşağın oğlan olması təsəvvürünü yaratdı.   Lakin məlum oldu ki, çarlıq ailəsi qızla tamamlanıb. Qızı Kristina adlandırdılar, lakin onu o Kristian imiş kimi tərbiyə etdilər. Hələ iki yaşında ikən atası ilə bütün ölkəyə səfər edən şahzadəni hər şəhərdə top atəşləri ilə salamlamışdılar. Onun ya...
Раздел Иностранные языки
Класс -
Тип Другие методич. материалы
Автор
Дата
Формат docx
Изображения Нет
For-Teacher.ru - все для учителя
Поделитесь с коллегами:

İsveç kraliçası, elmlərin himayçisi…

Kristina Avqusta 1626 -cı il dekabrın 8-də İsveç kral ailəsində dünyaya göz açıb. Həyata gəlişinin ilk anında onun möhkəm səsi və möhkəm bədəni bütün saray əyanlarında uşağın oğlan olması təsəvvürünü yaratdı. Lakin məlum oldu ki, çarlıq ailəsi qızla tamamlanıb. Qızı Kristina adlandırdılar, lakin onu o Kristian imiş kimi tərbiyə etdilər. Hələ iki yaşında ikən atası ilə bütün ölkəyə səfər edən şahzadəni hər şəhərdə top atəşləri ilə salamlamışdılar. Onun yaşında hər hansı bir uşaq üçün belə atəşfəşanlıqlar əsəb gərginliyi yarada bilərdi. Lakin Kristina yalnız ucadan şappıltı ilə əl çalırdı. "Əsgərin qızı atışmaya hazır olmalıdır,"- deyə atası Qustav Adolf belə hesab edirdi.

Ata o qədər də gözəl olmayan bu qıza vurulsa da, heç bir ana qayğısı hiss etməyən Kristina, demək olar ki, baxımsız böyüyürdü. Belə görünür ki, ətrafındakılar kral qanından olan uşağın tozunu belə üfürməli idilər. Lakin qız o qədər çox yıxılırdı ki, ömrü boyunca şikəst qalmışdı…

Kristinanın 6 yaşı olanda atası döyüş meydanında həlak oldu. Ərinin ölümündən sonra Mariya Eleonora qızının qayğısına qalmağı öz vəzifəsi hesab etməyərək Almaniyaya yollandı. Qustav Adolf, görünür ki, bunu hiss etmişdi. Son döyüşə gedərkən o, gənc şahzadənin himayəsini özünün ən ziyalı təbəələrinə vəsiyyət edir. Onlar isə hökmdar tərəfindən 6 il əvvəl deyilmiş sözü yaxşı yadda saxlamışdılar: "Əgər bu uşaq həyata gəlişinin ilk anlarından bizim hamımızı aldada bilmişdirsə, yəqin ki, zaman-zaman istənilən oğlana ondan ağıllı olmaqla 100 xal verə bilər"…

Kristina kişilərə layiq, ondan artıq, krala layiq təhsil aldı. 8 yaşlı qız fransız, alman və latın dillərini mükəmməl öyrənmişdi. Sonra isə daha 5 dili - holland, yunan, daniya, ispan və italyan dillərini mənimsədi. 10 yaşlarında artıq o, Avropa siyasətindən az-çox baş çıxara bilirdi və hətta bir neçə dəfə diplomatik bacarığını da nümayiş etdirə bilmişdi. Polşa kralı İohann Kazimir onun ağıllı məktublarını oxuduqda, şübhəsiz ki, çox təəccüblənmişdi. Bəli, fəlsəfəni ona Rene Dekart keçmişdi! Qədim və yeni tarix, astronomiya, numizmatika - bütün bu elmlər onun üçün ağlın qidası yox, həqiqi əyləncə idi. O vaxtlar qıza çox yatmaq, uzun zaman geyinmək, saçını səliqəyə salmaq lazım idi. Lakin gələcək kraliça səhər 5-də oyanır və oxumağa girişirdi. Toparlanmasına cəmi bir neçə dəqiqə gedirdi. Paltarlarının ətəyi həmişə cırılmış, qolları isə mürəkkəblə çirklənmiş vəziyyətdə olurdu. O, at sürməyi, ov etməyi sevirdi. Lakin onun tətbiyəçiləri arasında hamısı böyük alimlər deyildi - qıza sərxoş və ağıldankəm Aksel Bauer də böyük təsir etmişdi. Nəticədə, 1644-cü ilin 7 dekabrında Kristinanın həddi büluğa çatması günündə taxta yaxşı tərbiyə görmüş 18 yaşlı qız yox, yubkalı fitnəkar-oğlan çıxdı. Fransadakı İsveç nünayəndəsi onu kraliça Anna Avstriyalı üçün belə təsvir etmişdi: "Mənim hökmdarım işləri nazirlərin heç bir müdaxiləsi olmadan özü idarə edir, vaxtı dövlət işləri ilə elmi məşğuliyyət arasında bölür. O, nə tualeti, nə də səliqəsi ilə heç məşğul olmur, o, qadından yüksəkdədir və o adla adlana bilməz".



© 2010-2022