Tecing lessons with e-resoursers

If you are reading this article, chances are you are either an English learner or an English teacher. Here at Speak English Center we like to find ways to help our readers improve the way they learn English! That’s why in this week’s blog we’re going to address the 6 biggest difficulties people tend to have when learning English as a second language, and give you some tips as to how to overcome them. While these problems are very common for most people learning English, they can be improved upon...
Раздел Иностранные языки
Класс -
Тип Другие методич. материалы
Автор
Дата
Формат doc
Изображения Есть
For-Teacher.ru - все для учителя
Поделитесь с коллегами:

E-resursların dərsə tətbiqi. Xasməmmədova Tahirə Oruc qizi.

Qazax rayonu V.Göşşiyev adina Çaylı kənd 1saylı orta məktəbin ingilis dili müəllimi.

[email protected]

Tecing lessons with e-resoursers

Cənab İ. Əliyev 2003-cü ildə prezident seçildiyi gündən 7 gün sonra ilk dəfə olaraq prezident kimi xaricə səfəri Cenevrədə İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirak etmək oldu.Cənab İlham Əliyev Sammitdəki nitqində "Qara qızılı insan qızılına çevirək." deməklə İKT sektorunu Azərbaycanda prioritet sahə elan etdi. Biliklərə əsaslanmış iqtisadiyyatın təşəkkül tapdığı şəraitdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir. Tam əminliklə demək olar ki, bu gün qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyəti ilk növbədə onların İKT-dən səmərəli istifadəsi ilə müəyyənləşməklə formalaşır.

İKT-nin təhsildə tətbiqi və inteqrasiyası Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir.

Son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olmuşdur. Bu dövrdə təhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihələr və tədbirlər hazırlanıb həyata keçirilmişdir ki, bu da ölkənin təhsil sahəsində aparılan islahatların çox vacib mərhələlərdən biri olmaqla təhsil ocaqlarında İKT infrastrukturunun qurulmasına yönəlmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən seçilmiş pilot məktəblərin 350 nəfər pedaqoji heyəti üçün "Fənlər üzrə elektron təhsil resurslarının hazırlanması" layihəsi üzrə 48 saatlıq treniqlər keçirilmişdir.

Seçilmiş pilot məktəblərin pedaqoji heyətinə " Fənlər üzrə elektron təhsil resurslarının hazırlanması" üzrə 48 saatlıq təlim kursu əsasında aşağıdakı mövzularda təlimlər keçirilmiş və təlim vəsaitləri ilə təmin edilmiş:

- Elektron təhsil resursları məfhumumun aşılanması

- Müxtəlif kompüter proqramlarından istifadə edərək fənlər üzrə resursların hazırlanması

- Hazırlanmış resursların metodiki təhlili

- Hazır resurslar haqqında məlumat (internet resursların daxil olmaq şərti ilə) və istifadə qaydaları:

- Resursların hazırlanmasına şagirdlərin cəlb olunması.

Dövlət Proqramı çərçivəsində SİVECO və Ultra şirkətləri ilə birgə E-Tədris layihəsi həyata keçirilir ki, bu layihədən də əsas faydalananlar Azərbaycanın müəllim və şagirdləridir. Bu layihənin digər iştirakçıları valideynlər, məktəb və ümumiyyətlə tədris sisteminin idarəedici heyəti və ictimaiyyətdir.

Bu layihə Azərbaycanın təhsil sektorunda aşağıdakı əsas fəaliyyətləri əhatə edir:

Pedaqogika - tədris, testləndirmə və qiymətləndirmə, tədris məzmununun idarə edilməsi: AeL Elektron Dərslər İdarə etmə Proqram təminatı və AeL İnteraktiv Dərslər, müəllimlər üçün təlim proqramları;

Məktəb resurslarının idarə edilməsi - AeL Məktəb İdarəetmə Proqram təminatı.

Azərbaycan müəllimləri üçün korporativ üslublu elektron poçt xidməti yaradılmışdır. Artıq qeydiyyatdan keçmiş müəllimlərin sayı 1500 nəfərə çatmışdır. Elektron poçt ünvanı vasitəsilə hər bir müəllim üçün fərdi poçt qutusu ([email protected]), təqvim və 25Gb həcmində İnternet yaddaşdan istifadə imkanı yaradılmışdır.

@teacher.edu.az aşağıdakı üstünlüklərə malikdir:

- Müəllimlər şəbəkəsində məlumat mübadiləsi;

- Ani yazışma sistemi;

- Çevik axtarış sistemi;

- Fərdi iş planlaşdırması alətləri;

- Təhlükəsiz poçt qutuları;

- Şəbəkə qruplarının yaranması (maraqlara və ixtisaslara uyğun);

- Böyük həcmli faylları İnternetdə saxlama imkanı.

Təlim bitməyən davamlı bir prosesdir. Müasir dövrdə müəllim öz şagirdlərinə yalnız oxumagı öyrətməli deyil, həmçinin onları inkişafa yönəlmiş bir şəxsiyyət kimi tərbiyə etməlidir.Bundan əlavə müasir şagirdlərin maraq dairəsini nəzərə alsaq şahid olarıq ki,İKT-dən istifadə onların diqqətini cəlb edən bir sahədir.Bunu müasir dərslərə tətbiq etməklə şagirdlərdə həvəs və maraq yaratmaq mümkündür.Elektron təlim və internet resursları bizə müvəffəqiyyətlə təhsil almaq ücün şərait yaradır.Bunlar da müasir texnologiyalarsiz mümkün deyil. Beləliklə təlim prosesi texnologiyalarla sıx əlaqədardir.

Təhsil sahəsində internet resursları həm müəllimlər,həm də şagirdlər üçün böyük bir köməkdir.İntenetr esurslarından istifadə etməklə bız müəllimlər hansi naliyyətləri əldə edə bilərik? Bu sualı Norveç İnformasiya Texnologiyaları Mərkəzinin "İnternet Resurslarından İstifadə Qaydaları"master-klasslarında müəllimlərə belə izah edirlər:

1.İlk öncə zəngın təcrübə və biliklər qazanmış olursunuz. Qazandığınız bilikləri öz şagirdlərinizə öyrədirsiniz.

2.Şagirdlərinizin təcrübəsi,dünyagörüşü formalaşır.Məhz bu zəngin təcrübənin nəticəsində keçdiyiniz dərslərdə olan cansıxıcılıq aradan qalxır və onun yerini daha sərbəst,maraqlı, vaxta qənaət edən,dərsi zənginləşdirən bir metod tutur.

3. İnternetdə şagirdləriniz artiq oyun və əyləncə saytları ilə məşğul olmur.Artiq bu istiqamətdə gedən dərslərdən sonra ,sizlər tərəfdən şagirdlərin müəyyən saytlardan istifadə etməsinə qadağaların qoyulması aradan qalxmış olur.

4.Valideynlərin Sizlərə qarşı olan inamı artır,onlardan daha yaxşı imkana malik olanları isə artıq Sizlərin maraqlı layihələri üçün donor rolunu oynaya bilər.

5. Məhz sizin istiqamətli dərsiniz nəticəsində şagirdləriniz yeni texnologiyalardan düzgün istifadə etməklə kreativbiliklərə yiyələnmiş olurlar ki, ölkə kapitalı insan kapitalına çvrilmiş olur.

6.Bu prosesin iştirakçısından sabah icraçısına çevrilmiş olursunuz.Sabah burada öyrəndiyiniz bilgilər əsasında sərbəst şəkildə müxtəlif şirkətlərdə bu sahə üzrə işləyərək əlavə pul qazana bilərsiniz.

7.Sizin şəxsi sayt və bloqlarınizda yerləşdirdiyiniz materiallar müxtəlif şirkətlər və bu sahə ilə məşğul olan digər ölkələrdəki həmkarlarinız tərəfindən bəyənilə bilər.Bunun nəticəsində onlar Sizə pul ödəyə və yaxud Sizdən ekspert kimi istifadə edə bilər.

8.Ən əsası bütün bunlardan sizin ölkənizin və təhsilinizin gələcəyi asılıdır.Bu məhz o gələcəkdir kı,hansı kı,nəinki sizin,hətta cələcək övladlarınızın da taleyinə öz müsbət təsirini göstərəcək.

Bütün bunları nəzərə alaraq tam əminliklə deyə bilərik ki, internet resurslarından istifadə etməklə qurulan dərs tədris prosesinin keyfiyyətini artırmış olur.

İKT-də tətbiq olunmuş innovasiyalara görə Mədət Azərbaycan təşkilatı və onun təlimçilərinin rolu əvəzsizdir."Elektron təhsil resurslarının dərslərə tətbiqi"də Mədət Azərbaycan təşkilatınin pilot layihələrdən biridir və bir iştirakçı kimi inanıram ki,bu layihə Azərbaycan məktəblərində öz geniş vüsətini tapacaq.Azərbaycanda ilk 16 nəfər E-Resursları Təlimçiləri hazırlayan,cənc olmalarına baxnayaraq çox böyük təcrübəyə malik olan MədətAzərbaycan təşkilatının təlimçiləri Ülkər Babayeva, İlahə Tağıyeva,İradə Hüseinova ,eyni zamanda British Counsil-da çalışan təlimatçı müəllim Təranə Böyükzadəyə bizə göstərdikləri xüsusi diqqət,tələbkarlıq ,qayğı və edimada görə öz dərin minnətdarlığımı bildirirəm. Onların sayəsində keçilən hər bir dərs daha maraqlı, rənğarənğ və inkişafa dogru atılan qətiyyətli bir addım kimi görünür.

Təlim kurslarından keçməyən xarici dil müəllimlərinə tövsiyyə edərdim qed etdiyim saytlardan istifadə edərək dərslətinin səmərəliliyini daha da artırsinlar.

Təhsil üçün "Google" alətləri www/google//edu/index.html-ingilis dilindədir.Müəllimlər,təşkilatlar və şagirdlər üçün bölmələri var. Müəllimlər üçün faydalı alətlər,professionalinkişaf, şagirdlər üsün isə faydali resurslar haqqında məlumatlar var.

translate.google.com -onlayn tərcüməçi xidmətidir.

www/wikipediya/org -çoxdill iensiklopediya layihəsidir.Wikibooks-wikibooks.org -hər bir internet istifadəçisi üçün əlçatan tədris ədəbiyyatı yazılır və hər bir kəs burada mövcud olan dərslık və kitabları redaktə edə bilər və yeni kitabın yazılmasına başlaya bilər.

wdl.org./ru/ -saytı YUNESKO-nun dəstəyi ilə yaradılmışdır. Dünya üzrə rəqəmsal kitabxanadır. Dünyanın əksər ölkələrində fiziki kitabxanalarda olan elektron kitabları,məqalələri və s.sənədləri burada tapa bilərsiniz.

innovativeteachertoolkit.com -müəllimlər üçün bir saytdır.Müəllimə tədris prosesində lazim olan -texniki fənnlərin məzmununu,dərs planlarını,resursları əhatə edir. Müəllimlər üçün openeducation.zunia.org/ ; edutecher.net/links.php. teach-nology.com/

BC -un biz müəllimlər üçün yaratdığı sayta adimizi və parolumuzu daxıl etməklə dərs üçün faydalı materiallar əldə edə bilərik. Eyni zamanda müəllimlər teachingenglish.org. internet4classrooms.com/ : education-portal.com/ pttp//learnenglishskilles ;Google KS1English worksheets(7-11 yaş) ; KS2English worksheets(11 yaş və yuxarı);Worksheets printable (free) ,megogo.net,agakids.com uşaq tematik və indeks axtarış sistemləri kimi internet saytlarından bəhrələnə bilər.

Elə məhz ıngilis dili dərslərində rollu oyunlardan oynanılması ,nağıllardakı qəhrəmanların maskalarının hazırlanması baxımından əvəzsiz rolu olan JAN BRETT saytıdır.

britishcounsil.org/learnenglishkids-saytında da bu cür nagıllardan bəhrələnə bılərsiniz . Bunun üçün British Council-un xüsusi qeydiyyatından keçərək loqin və parolunuz olmalıdır.

Bu saytdan götürdüyüm bir nümunəni nəzərinizə çatdırmaq istərdim.


Tecing lessons with e-resoursers


Tecing lessons with e-resoursers

Nağila əsasən qrammatik tapşirıq da icra etmək olar. Misal üçün bu cür:

Tecing lessons with e-resoursers

GOLDİLOCKS and the THREE BEARS.-A Play.

Tecing lessons with e-resoursers

Lövhədən bu cü böyük şəkil asmaqla və ya lövhədə meşə şəkli çəkməklə tamaşaya başlaya bilərsiniz.

Instructions

Here is the story of Goldilocks and the Three Bears. You can use this to act the story out with your friend !You will need 4 people.Goldilocks, Daddy Bear, Mummy Bear, and Baby Bear.

You can draw or print masks for you and your friends.

You can also draw or make things for the play, for example, flovers, trees for the forest,or bowls of porridge. You'll aiso need a chair, and something to use as a bed- perhaps the sofa or table.

The Play

Goldilocks enters. She walks through the forest singing. She sees a house.

Goldilocks: Oh ,what a sweet little house!

(She knocks on the door.)

Goidilocks: Who's there?

(Nobody answers.She opens the door and goes in . There are three bowls of porridge on a table.)

Coldilocks: I'm hungry! What is this?

(Goldilocks tastes the first bowle of porridge.)

Goldilocks: Ugh! This is too hot!

(Goldilocks tasted the second bowle of porridge.)

Goidilocks: This is too cold!

(Goldilocks tasted the third bowle of porridge.)

Goldilocks: Mmmmm!This is just right! Tecing lessons with e-resoursers

(Goldilocks eats all the porridge.Goldilocks yawns.She's tired. There are three chairs around the table.She sits one of the chairs.)

Goldilocks: This chair is too big!

(She sits in the second chair.)

Goldilocks: This chair is too big!

(She sits in the third chair.)

Goidilocks: This chair is just right.!

(The chair breaks! Goldilocks goes to the bedroom.There are three beds. She lies on one of the beds.)

Goldilocks: Thise bed is too hard!

(She lies on the second bed.)

Goldilocks: This bed is too soft!

(She lies on the third bed.)

Goldiloks: This bed is just right! Tecing lessons with e-resoursers

(Goldilocks gooes to sleep. The three bears come in the house.They see the bowls and look at then.)

Daddy Bear: Someone's been eating my porridge!

Mummy Bear: Someone"s been eating my porridge!

Baby Bear:Someone's been eating my porridge and it' all gone!

(The three bears see the chairs.)

Daddy Bear: Someone's been sitting in my chair!

Mummy Bear: Someone's been sitting in my chair!

Baby Bear:Someone's been sitting in my chair- and it's broken! Tecing lessons with e-resoursers

(The three bears go into the bedroom and see the beds.)

Daddy Bear: Someome's been sleeping in my bed!

Mummy Bear: Someone's been sleeping in my bed!

Baby Bear; Someone's been sleeping in my bed -and she's still there!

(Goldilocks wakes up,looks at the bears and screams.)

Dady Bear:)

Mummy Bear:) WHAT A HORRIBLE GIRLE!

Baby Bear: )

Tecing lessons with e-resoursers

THE END.

Beləliklə,təhsildə müasir texnologiyaların imkanlarından istifadə edərək, təlim prosesi daha maraqlı və səmərəli olur. Həm şagirdlər, həm müəllimlər bu cür tədris prosesindən daha çox yararlanır və faydalanır. Müasir dərs ənənəvi dərsdən əsaslı surətdə fərqlənir.,dərsdə ,ümumiyyətlə tədris prosesində müəllimin rolu dəyişərək daha çox istiqamətverici və fasilitator roluna çevrilir,müxtəlif iş formaları tətbiq olunur.oyunlardan istifadə olunur ki,bununla əlaqədar şagirdlərin idrak fəaliyyəti və motivasiyası artır,test və qiymətləndirmələr obyektiv olur.

Sonda Teodor Ruzveltin məşhur bir kəlamını müəllimlərin nəzərinə çatdırmaq istərdim."Harada olursansa,ol, əlində olanlarla bacardığını et."

İstifadə olunmuş ədəbiyyatlar:

1.Azərbaycan RespublikasıTəhsil nazirliyi "Ümumtəhsil məktəblərının I-IV sinifləri ücün fənn kurikulumları"Bakı.2008.

2.AzərbaycanRespublikası Təhsil Nazirlisi Təhsil Problemləri İnstitutu."Kuriklumların hazırlanması və tətbiqi məsələləri"(Metodiki tövsiyə),Bakı 2008.

3.Mədət Azərbaycan."Elektrom təhsil resursları" (Təlimçi müəllimlər ücün dərs vəsaiti.)

4.Steve Wheeler "Learning Technology Research The Role of the Teacher in the Use of IKT". Keynote Speech delivered to the National Czech TeachersConference,Universityof Western Bohemiya ,Chech Republic. May 2000.

5.edu. az

6.kuriklum.az

© 2010-2022