Диана Пуатье (внеклас. чтение)

II Henrixin hakimiyyəti Diana Puatyenin hökmranlığı ilə xatırlanır. 3 sentyabr 1499-cu ildə anadan olmuş Diana 13 yaşında qraf Molevriyə ərə getmiş, 1531 – ci ildə isə artıq dul qalmışdır. Onun atası, Fransiskə qarşı sui-qəsddə iştirakına görə ölümə məhkum olunmuşdur. Diana krala müraciət etmiş və hökmün ləğvinə nail olmuşdur. O, bu mərhəmətə yalnız nigahına sadiqliyinə görə nail olmuşdur.   Fransiskin ikinci oğlu – Hersoq Henrix Orleanski  təbiətinə görə zəif və kövrək idi. Gəncliyi kədərli keç...
Раздел Иностранные языки
Класс -
Тип Другие методич. материалы
Автор
Дата
Формат docx
Изображения Нет
For-Teacher.ru - все для учителя
Поделитесь с коллегами:

Elə ki Henrix taxtın varisi oldu, həmin dəqiqədən sarayda iki qadın - vəliəhdin rəğbətindən istifadə edən Diana ilə, özünü gələcək varisə bənd etmək istəyən hersoginya d"Etamp arasında şiddətli mübarizə başlandı. Bütün saray iki düşərgəyə bölünmüşdü. Diana hersoginya d"Etampdan 10 yaş böyük idi, buna görə də artıq tərəfdarlar təravətini itirmiş gözəllikdən danışmağa başladılar. Hətta şair və rəssamlar da bu çəkişmələrdə iştirak edirdilər. Belə ki, rəssam Primatiççio kral qalereyasını bəzəyən əsərlərində daima hersoginya d"Etampı təsvir edərkən, Benvenuto Çellini model kimi, gözəl ovçu Diananı şeçirdi. Hersoginya düşərgəsinin tərənnümçüləri öz rənglərini əsirgəməyərək onun gözəlliyini tərənnüm edir, ortabab görünüşünə görə yalnız kosmetik vasitələrə borclu olan Diananı dişsiz, saçsız adlandırırdılar. Bunların hamısı, əlbəttə ki, yalan idi, ona görə ki, Diana ömrünün sonuna kimi gözəl qalmışdı. Nəticədə, Diana yüksək hakimiyyəti əldə etdiyi zaman, onun haqqında bu tipli söhbətləri yayanlar, onun əvvəlki düşmənləri amansız əziyyətini çəkdilər. Belə ki, Diananın əmri ilə hersoginya d"Etampın ən yaxın əlbiri maliyyə naziri Boyar sürgün edildi, hersoginyanın özü də tezliklə saraydan qovuldu.

Tədricən Diana vəliəhdi tamamilə əlinə aldı. Fransisk öldükdən sonra, taxta Henrix çıxdı, praktiki olaraq Diana idarə edirdi. O, bütün ölkənin taleyini öz əlində saxlayır, vəzifələri verir, nazirliklər yaradır, əvflə bağlı sualları həll edir, maliyyəni idarə edir, hakimlərə təzyiq göstərirdi. Kral tərəddüdsüz onun istəyinə tabe olurdu. Məktubların birində kral ona yalnız sadiq nökəri kim baxmağı rica edir və əlavə edir ki, onu xaç suyuna salanın nökəri olması ilə fəxr edir.

Əlbəttə, Diana gözəl idi. Elə bil ki, o heç zaman solmayacaq. Onun düzgün üz cizgiləri, dərisinin gözəl rəngi, qara, şəvə kimi saçları var idi. O, xəstəlik bilməz, hətta ən soyuq havada quyu suyu ilə yuyunardı. Diana Puatye, adətən, saat 6-da oyanar, at minərək özünün yüyürək itlərinin əhatəsində 2-3 mil gəzərdi. Bundan sonra o qayıdar və günortaya kimi kitabla yataqda olardı. Nadir ağıla sahib olmaqla o, incəsənət və ədəbiyyatla maraqlanardı. Təsdiq etmişlər ki, Diana kralın qəlbini həm də ona verdiyi məsləhətlərlə, mahiyyətinə vardığı incəsənətə olan məhəbbəti ilə qazanmışdı.



© 2010-2022