- Преподавателю
- Информатика
- Power Point proqramı ilə tanışlıq
Power Point proqramı ilə tanışlıq
Раздел | Информатика |
Класс | - |
Тип | Конспекты |
Автор | Meherremova L.L. |
Дата | 27.05.2015 |
Формат | doc |
Изображения | Есть |
Bakı Biznes və Kooperasiya Kolleci
Power Point proqramı ilə tanışlıq.
Power Point təqdimat yaratmaq üçün istifadə olunan ofis proqramıdır.Təqdimat slaydlar ardıcıllığından ibarətdir.Hər slayda mühazirənin mətnindən əlavə müxtəlif qrafiklər , hərəkət effektləri vasitəsilə hərəkətə gətrilən şəkillər daxil edilə bilər.
Power Point proqramını işə salmaq üçün Пуск menyusundan
- - əmrini seçirik.Bu zaman ekrana proqramın pəncərəsi açılır.
Pəncərə başlığında proqramın adı və təqdimatın adı yazılır.
Başlığın altında 9 bənddən ibarət olan menyu sətri yerləşir .
Menyunun altında standart və formatlama alətlər paneli yerləşir.
Standart adlanan alətlər panelinin köməyi ilə təqdimatın açılması və bağlanması, obyektlərin və slaydların əlavə edilməsi, obyektlərin surətinin çıxarılması və göstərilən yerdə yerləşdirilməsi kimi əməliyyatlar yerinə yetirilir.
Bu panelin altında Formatlaşdırma paneli yerləşir. Formatlaşdırma panelinin düymələri ilə seçilmiş mətnin şrifti və istiqaməti dəyişdirilir, hərəkət effektləri tətbiq edilir.
Pəncərənin aşağısında Rəsm paneli yerləşir. Alətlər vasitəsilə yerinə yetirilən əməliyyatlar, menyu bəndlərinin müəyyən sətrinin seçilməsi ilə də yerinə yetirilə bilər
PowerPoint-in dialoq pəncərəsində menyusundan
əmrini seçdikdən sonra sağ tərəfdə açılan paneldən əmrini seçirik .Ekrana pəncərəsi açılır.
düyməsini sıxırıq.
Avtoməzmun Ustası kifayət qədər təqdimat maketi təklif edir. Buradakı siyahıdan aşağıdakı mövzularda təqdimatlar seçmək olar.
Ümumi məsələlər üzrə mühazirələr
Xidməti məsələlər üzrə mühazirələr
Layihələr
Ticarət hesabatları
Təklif olunan təqdimatların hamısının siyahısını Hamısı düməsini sıxmaqla görmək olar .Bu siyahıdan istədiyiniz maketi seçin.
Misal üçün, bölməsindən seçin. düyməsini sıxın. Açılan növbəti pəncərədə təqdimatın üslubunu seçin.
Burada 5 variant var:
ekranda təqdimat
İnternetdə təqdimat
ağ-qara təqdimat
rəngli təqdimat
35 mm slaydlar
Variantını seçib düyməsini sıxırıq.
Təqdimatın parametrləri pəncərəsində sahəsinə Satış planı mətnini yazın .
sahəsində Perspektiv mətnini yazın . Bu mətn hər slaydın aşağısında yazılacaq. Son Dəyişmə Tarixi və Slaydın Sayı sətirlərinin nişanlarını dəyişməyin ki, təqdimatın hər bir slaydında tarix və slaydın sayı yazılsın. düyməsini sıxın.
-
düyməsini sıxın. Nəticədə ekranda strukturu göstərilən yeni təqdimat görünəcək.
Avtoməzmun Ustası tərəfindən yaradılmış struktur əsasında öz mühazirənizi qura bilərsiniz. Bunun üçün sadəcə olaraq başlıqları dəyişib, təqdimatın sahələrini dəqiq informasiya ilə əvəz etmək lazımdır. Yeri gəldikdə yeni şəkil və diaqramlar da əlavə etmək olar. Pəncərəni bağlayın.
Hazır tərtibat şablonlarından istifadə
Mühazirənin mətni əvvəlcədən müəyyən edilib hazırlanıbsa təqdimatın yaradılması üçün PowerPoint-in təklif etdiyi tərtibat şablonlarından istifadə etmək olar.
menyusundan əmrini seçin.
Pəncərənin sağ tərəfində paneli açılır.
Oradan əmrini seçin.Bu zaman ekrana təqdimat pəncərəsi açılır.
Siz birinci, sərlövhə slaydını görürsünüz. Slaydın başlığı sahəsində mausun düyməsini sıxın və təqdimatın başlığını , məsələn: "İnformasiya Texnogiyalarının Təhsildə Tətbiqi" mətnini yazın.
Başlığa izahat yazmaq üçün ikinci sahənin üzərində mausun düyməsini sıxın və "Yeni informasiya texnologiyaları" mətnini yazın.
Standart alətlər panelinin Yadda saxlamaq düyməsini sıxın. Təqdimatın yadda saxlanması pəncərəsi açılır.
Bu pəncərədə sətrindən istədiyiniz qovluğu seçə bilərsiniz.Hal-hazırda Mənim sənədlərim qovluğu açılmışdır və sizin təqdimat məhz bu qovluqda saxlanacaq. Faylın adı sətrində yazılır.Sonra düyməsini sıxın. Təqdimat bir neçə slayddan ibarət olarsa, yadda saxlanarkən təqdimatın tərkibində olan slaydların hamısı vahid bir fayl kimi bir ad altında saxlanır.
Yeni slaydların əlavə edilməsi.
Ekranda "İnformasiya Texnogiyalarının Təhsildə Tətbiqi" adlı təqdimatın sərlövhə slaydını görürsünüz.
Sərlövhəyə yeni slayd əlavə etmək üçün menyusundan
əmrini seçirik.
Bu dəfə də yeni sənəd yaratdığımız kimi sağ ərəfdə dialoq pəncərəsi çıxacaq. Buradan istədiyimiz bir görünüş tipini seçirik. və sonda OK düyməsini sıxırıq.Slayd sxemində çərçivəyə alınmış bir neçə obyekt sahəsi görürsünüz. Çərçivənin içindəki mətn verilənləri daxil etməyi təklif edir. Slaydın Başlığı obyekt sahəsinin üzərində mausun düyməsini basın. Sahədəki mətn silinir və siz istədiyiniz mətni burada yaza bilərsiniz.
Slaydlara baxılma rejimi. Adi rejim
PowerPoint-da yaradılmış slaydlara müxtəlif rejimlərdə baxmaq mümkündür.Bir rejimdən başqa rejimə keçmək, eləcədə təqdimatın nümayişinə başlamaq üçün təqdimat pəncərəsinin aşağısında yerləşən düymədən birini sıxmaq lazımdır.
Slayd rejimi ayrı-ayrı slaydlar üzərində işləmək üçün nəzərdə tutulub.
Struktur rejimi slaydların mətni üzərində işləmək üçün nəzərdə tutulub.
Slaydları nizamlama rejimi bu rejimdə slaydların ardıcıl yerləşdirilmiş minatürlərinə baxmaq olar.
Adi rejim slayd, struktur və qeyd rejimlərini özündə cəmləşdirir.
Slaydların nümayişi hazır təqdimatın nümayişi üçün nəzərdə tutulmuşdur.
Rejimi dəyişmək üçün menyunun əmrlərindən də istifadə etmək olar .
Slayd və struktur rejimləri
Slayd rejimində təqdimatın pəncərəsini bir slayd tutur. Bu rejimdə obyektləri dəyişdirmək, slayda mətn və şəkil daxil etmək olar.
Bu rejimdə bir slayddan başqa slayda keçmək üçün şaquli sürüşdürmə zolağından. Növbəti slayd və Əvvəlki slayd düymələrindən, yaxud klaviaturada yerləşən Page Down və Page Up düymələrindən istifadə etmək olar.
Struktur Rejimi düyməsini sıxmaqla rejimi dəyişin. Struktur rejimi Adi rejimə bənzəyir, lakin burada struktur sahəsinə çox, slayd sahəsinə isə az yer verilir. Bu rejim əsasən mətn üzərində işləmək üçün nəzərdə tutulmuşdur. Sol tərəfdə, struktur sahəsində slaydların sıralanmış işarələri və obyekt sahələrində yazılmış mətn yerləşir.
Slaydları nizamlama rejimi. Slaydın surətinin çıxarılması və yerinin dəyişdirilməsi.
Nizamlama rejimində slaydların ardıcıl yerləşdirilmiş minatürlərinə baxmaq, bir neçə slaydla eyni zamanda işləmək olar. Bu rejimdə slaydların dizaynının eyni olub-olmadığını yoxlamaq, lazım gəldikdə slaydların fonunu, rəngini dəyişmək, slaydların yerlərini dəyişmək, slaydları bir təqdimatdan başqasına keçirmək və s. əməliyyatlar aparmaq olar.
Nizamlama rejiminə keçmək üçün menyusundan
Nizamlama rejiminə keçin. Bu zaman Formatlaşdırma alətlər lövhəsi yeni bir lövhə ilə əvəz olunur
Nizamlama rejimindən Slayd rejiminə keçmək üçün konkret slaydın üzərində mausun düyməsini iki dəfə sıxmaq lazımdır.
İstənilən slaydı bir yerdən başqa yerə aparmaq üçün mausdan, menyunun əmrlərindən yaxud alətlər lövhəsinin düymələrindən istifadə olunur.
Bu təqdimatda slaydların ardıcıllığını dəyişək.
İkinci slaydın yerini dəyişdirmək üçün mausun oxunu onun üzərinə gətirin. Mausun sol düyməsini sıxın və buraxmadan yer göstərən şaquli xətti 1-cü slaydların əvvəlinə keçirin. Mausun düyməsini buraxın. Beləliklə slayd yerini dəyişdi. Eyni zamanda slaydların sıra sayları dəyişir.
Masun vasitəsilə slaydın yerini dəyişdiyiniz zaman Ctrl düyməsini sıxılmış vəziyyətdə saxlasanız 1-cü slaydın arasında 2-ci slaydın surəti yerləşdirilir. Slaydların sıra sayları yenə dəyişir.
Bir neçə slaydın surətini çıxarmaq və ya yerini dəyişdirmək üçün bu slaydları seçmək lazımdır. Bir neçə ardıcıl yerləşən , məsələn, 3,4 və 5-ci slaydları seçmək üçün , 3-ci slaydın solunda mausun düyməsini sıxın və buraxmadan mausun oxunu 4-cı və 5-ci slaydların üstundən keçirib düyməni buraxın.
Bu əməliyyatı başqa yolla da yerinə yetirmək olar.
Mausun düyməsini hər hansı bir slaydın üzərində sıxaraq slaydların seçilməsini ləğv edin.
3-ci slaydın üzərində mausun düyməsini bir dəfə sıxın. Shift düyməsini sıxın və onu buraxmadan 5-ci slaydın üzərində mausun düyməsini sıxın.
Seçilmiş qrupa ayrı yerləşən 1-ci slaydı əlavə etmək üçün Ctrl düyməsini sıxın və onu buraxmadan 1-ci slaydın üzərində mausun düyməsini sıxın.
Seçilmiş slaydların sürətini alətlər panelinin Surət düyməsini sıxmaqla çıxarın.
Gəlin seçilmiş və surəti çıxarılmış slayd qrupunu ikinci slaydın ardınca yerləşdirək.
İkinci slaydı seçin. Alətlər panelinin Yerləşdirmək düyməsini sıxaraq seçilən - 1,3,4 və 5-ci slaydların surətini ikinci slaydla üçüncü slaydın arasında yerləşdirin. Slaydlar hər dəyişiklikdən sonra yenidən sıralanır.
Slaydın əlavə edilməsi və ləğv edilməsi.
Təqdimata yeni slaydlar əlavə etmək, gərək olmayanları isə ləğv etmək olar. Bunları Nizamlama rejimində yerinə yetirmək məsləhətdir, çünki bu rejimdə edilən dəyişikliklərin təqdimatın ümumi görünüşünə nə kimi təsir göstərəcəyi daha aydın görünür.
5-ci slaydı seçin. Alətlər panelindəki Kəsmək düyməsi ilə onu ləğv edin.
1-ci slaydı seçin. Shift düyməsini sıxın və onu buraxmadan 3-cü slaydın üzərində mausun düyməsini sıxın. 1,2 və 3-cü slaylar seçilir. Klaviaturanın Delete düyməsi ilə onları ləğv edin. Yerdə qalan slaydlar yenidən sıralanır.
Təqdimata yeni slayd daxil edin. 1-ci slaydı seçin. menyusundan Yeni Slayd düyməsini sıxın. dialoq pəncərəsində Mətn və Şəkil sxemini seçin (sağ tərəfdən). OK düyməsini sıxın. 1-ci slaydın sağında yeni slayd yaranır. Bu slaydda Adi rejimdə, Slayd rejimində yaxud da Struktur rejimində yeni obyektlər yerləşdirmək olar.
Tərtibat şablonları və rənglərin seçilməsi.
Təqdimatın xarici görünüşünu dəyişmək üçün ən asan yol şablonu dəyişdirməkdir. Şablonun dəyişdirilməsi rəng sxemini - yəni təqdimatın elementlərinin və fonunun rəngini, bundan əlavə təqdimatın formasını; mətnin susmaya görə parametrlərini və sairi dəyişdirir.
menyusundan əmrini seçin.
Sağ tərəfdə açılan menyuda müxtəlif şablonlar təklif olunur. Onlara işarələrinin üzərində mausun düyməsini sıxmaqla bir-bir baxmaq olar. bölümündən şablonlardan birini seçin.
Gördüyünüz kimi təqdimatın görünüşü dəyişdi.
Nizamlama rejiminə keçin. 4-cü və 5-ci slaydları seçin. Bu slaydların rəngini dəyişək.
menyusundan əmrini seçin. pəncərəsi açılır .
Rəng sxemlərindən birini seçin. Baxış düyməsini sıxın və yeni sxemin tətbiqinin seçilmiş slaydlara necə təsir etdiyinə baxın. Seçdiyiniz rəng sxemini bəyənirsinizsə Tətbiq düyməsilə onu seçilmiş slaydlara tətbiq edin. Rəng sxemini təqdimatdakı slaydların hamısına tətbiq etmək üçün Hamısına Tətbiq düyməsini sıxın.
Mətn obyekti
Gəlin təqdimata yeni boş slayd əlavə edək və bu slayda mətn daxil edək.
Başqa obyektlər kimi mətn də slayd üzərində bir obyekt kimi yerləşdirilir. Rejim dəyişmə lövhəsinin düyməsindən istifadə edərək Slayd rejiminə keçin. Ekranda təqdimatın birinci slaydı görünür. Yeni slayd hər zaman cari slayddan sonra yerləşdirilir. Biz növbəti slaydı əlavə etməliyik. Açılmış pəncərədə boş slaydın üzərində mausun düyməsini iki dəfə sıxın. Obyekt sahələrinə bölünməmiş boş slayd açılır. Slaydda mətn yerləşdirmək üçün menyusunun əmrini seçin.
Mausla mətn sahəsinin çərçivəsini çəkin. İçində "Bakı Biznes və Kooperasiya Kolleci" mətnini yazın. Mətni mərkəzdən yazmaq üçün, fonun ölçüsünü və rəngini seçmək üçün Format panelinin düymələrindən istifadə edin.
Siyahı üçün işarələr seçmək istəyirsinizsə, onda ya siyahını bütövlüklə seçin, seçilmiş mətnin üzərində mausun sağ düyməsini sıxın, kontekst menyudan Siyahı əmrini seçin
və yaxud da menyusundan əmrini seçə bilərsiniz.
Açılan dialoq pəncərəsindən istənilən işarəni seçə bilərsiniz.
İşarə kimi istənilən şriftin simvolları, hətta şəkil də istifadə edilə bilər. Şəkil seçmək üçün Şəkil düyməsini sıxın və təklif olunan şəkillərdən birini seçin, yaxud istədiyiniz şəkil faylını seçin.
Səhifənin parametrləri
Təqdimatın slaydları kağız yaxud şəffaf plyonka üzərində çap edilə bilər, HTML formatında qorunub saxlana bilər yaxud elektron slayd-film şəklində nümayiş etdirilə bilər.
Təqdimatın çapdan çıxarılmasının üstünlüyü ondan ibarətdir ki, onu kompüterdən asılı olmayaraq nümayiş etdirmək olar.
Təqdimatı çapa verməzdən əvvəl səhifənin parametrlərini nəzərdən keçirmək məsləhət görülür. PowerPoint-in səhifə üçün seçdiyi standart parametrləri adətən şəffaf plenka çap etmək üçün və elektron slayd film üçün yararlı hesab etmək olar.
Slaydın parametrlərini nəzərdən keçirmək üçün menyusundan əmrini seçin. Açılan dialoq pəncərəsində
Slaydın Ölçüsü açılan siyahıdan standart ölçülərdən birini seçmək yaxud istədiyiniz ölçüləri : eni və hündürlüyü seçmək olar.
Təqdimat başqa bir təqdimatın ardı olarsa birinci slaydın sayını göstərməklə slaydların saylarını dəyişmək olar.
Slaydların, qeydlərin və strukturun çap edilməsi üçün səhifəni müxtəlif istiqamətlərdə istifadə etmək olar.
Adətən slaydların çapı üçün istiqamət bölməsində Albom, başqa sənədlər üçün isə Kitab istiqaməti seçilir.
Slaydların, qeydlərin və strukturun çap edilməsi
Təqdimatı çap etmək üçün menyusundan əmrini seçin. Açılan siyahıdan çap olunmalı sənədin növünü seçin.
bölməsində çap edilməli slaydlar göstərilir. təqdimata daxil olan slaydların hamısının, ekrandakı yaxud Nizamlama Rejimində seçilmiş, slaydın çap edilməsini tə'min edir.
Bir neçə slaydın çap edilməsi üçün seçəndən sonra çap olunmalı slaydların sayları göstərilməlidir.
Nəhayət qeyd edilmiş slaydları çap etmək üçün OK düyməsini sıxın.
Təqdimatda bir slayddan digər slayda keçmənin təşkili
Təqdimatı slayd-film kimi təqdim etmək üçün PowerPoint proqramının əlavə imkanlarından istifadə edə bilərik.
Adətən təqdimatın nümayişi zamanı slaydlar mausun düyməsini sıxmaqla sadəcə olaraq bir-birini ekranda əvəz edir. Slaydların keçidini təşkil etməklə nümayişi daha maraqlı, baxımlı etmək olar.
menyusundan əmrini seçin.
Açılan dialoq pəncərəsindən lazım olanları qeyd edirik.
sətrini işarələyin və yanındakı sahədə 1yazın. Beləliklə hər slayd 1saniyə nümayiş etdirildikdən sonra avtomatik olaraq başqa slaydla əvəz olunacaq.
Slaydların keçidini səslə müşayət etdirmək üçün siyahısından variantını seçin.
Ayrı-ayrı slaydlara fərqli keçid parametrləri tətbiq etmək üçün düyməsini basın, sonra keçin növbəti slayda və onun parametrlərini göstərin. Bu əməliyyatları slaydların hamısı üçün yerinə yetirmək lazımdır.
düyməsi ilə göstərdiyimiz keçid parametrlərini təqdimatın bütün slaydlarına tətbiq edə bilərik.
Slaydların nümayişinə başlamaq üçün Slaydların əmrini seçin.
Obyektlərin animasiyası (hərəkətə gətirilməsi)
Təqdimatın nümayişini daha da baxımlı etmək üçün slayda daxil edilmiş obyektləri hərəkətə gətirmək olar.
Misal. Slaydlardan hər hansı birinə Bakı Biznes və Kooperasiya Kolleci Yazırıq.Sonra menyusundan əmrini seçirikş.Bu zaman pəncərənin sağ tərəfində paneli açılır. 1. Bakı sözünü seçirik ,sonra - - əmrlərini ardıcıl seçib - düyməsini sıxırıq.
2. Biznes sözünü seçirik ,sonra - - - əmrlərini ardıcıl seçib - düyməsini sıxırıq.
3. və sözünü seçirik ,sonra - - - əmrlərini ardıcıl seçib - düyməsini sıxırıq.
4. Kooperasiya sözünü seçirik ,sonra - - - əmrlərini ardıcıl seçib - düyməsini sıxırıq.
5. Kolleci sözünü seçirik ,sonra - - - əmrlərini seçdikdə pəncərə açılır.
Pəncərədən variantını seçib - düyməsini sıxırıq. Sonda düyməsini sıxırıq.
23Quliyeva Səlimə,Məhərrəmova Leyla