Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün “Coğrafiya” dərsliyi

Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün “Coğrafiya” dərsliyi   Müəlliflər: Elbrus Əlizadə   Nərminə Seyfullayeva   İrken Rakçeyeva   Yelena Şabanova       “Bakı nəşr”, Bakı-2013, 160 səh.       Dərsliklə bağlı Mustafazadə Anar İbrahim oğlunun rəyi                         Rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:   1.  Struktur və inteqrasiya baxımından; 2.  Standartların mövzular üzrə reallaşması baxımından; 3.  Məzmun, dil və üslub baxımından; 4.  Tərtibat və ...
Раздел География
Класс -
Тип Другие методич. материалы
Автор
Дата
Формат docx
Изображения Нет
For-Teacher.ru - все для учителя
Поделитесь с коллегами:





Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin

6-cı sinfi üçün "Coğrafiya" dərsliyi



Müəlliflər: Elbrus Əlizadə

Nərminə Seyfullayeva

İrken Rakçeyeva

Yelena Şabanova



"Bakı nəşr", Bakı-2013, 160 səh.




Dərsliklə bağlı Mustafazadə Anar İbrahim oğlunun rəyi













Rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:


  1. Struktur və inteqrasiya baxımından;

  2. Standartların mövzular üzrə reallaşması baxımından;

  3. Məzmun, dil və üslub baxımından;

  4. Tərtibat və dizayn baxımından;

  5. Şagirdlərin yaş səviyyəsinə uyğunluğu baxımından;

  6. Verilmiş tapşırıqların idrak fəallığı yaratması baxımından;

  7. "Müəllim üçün metodik vəsait"-in məzmunu baxımından;







  1. Struktur və inteqrasiya baxımından


Tədris planına (TN-nin əmri, №732) əsasən 6-cı siniflərdə "Coğrafiya" fənninin tədrisi üçün həftədə 2 saat olmaqla cəmi 64 saat vaxt ayrılmışdır. Dərslikdə cəmi 50 dərs var. Müəllim üçün metodik vəsaitdə göstərilən səhifə 80-də olan layihə üzrə iş dərslikdə öz əksini tapmamış, tədrisinə 2 saat vaxtın nəzərdə tutulmasına baxmayaraq dərslərin sırasına daxil edilməmişdir. Sonuncu layihə üzrə iş dərsliyə daxil edilmişdir. dərslikdə 8 tədris vahidi olduğundan 8 saat kiçik summativ qiymətləndirməyə sərf olunur. Hər yarımilin sonu üçün 1 saat, cəmi 2 saat böyük summativ qiymətləndirməyə ayrılır. Qalan 2 saat dərsin 1 saatı təqdimat, 1 saatı da digər layihə üzrə iş dərsinə əlavə olunmuşdur. Dioqnostik qiymətləndirmə üçün vaxt ayrılmamışdır.

Dərslik komplekti dərslikdən və müəllim üçün metodik vəsaitdən ibarətdir. Dərslikdə 8 tədris vahidi vardır. I tədris vahidində yer tutmuş "Azərbaycan-mənim vətənimdir" mövzusu II tədris vahidinə uyğun gəlir. Həmçinin I tədris vahidində olan "Coğrafi ünvanlar" mövzusu isə VIII tədris vahidinə uyğundur. I tədris vahidində olan "Yerin su və quru səthi" V tədris vahidinə, Xəritə coğrafiyanın ikinci dilidir mövzusundakı bir çox məsələlər VIII tədris vahidinə daha çox uyğundur.



  1. Standartların mövzular üzrə reallaşması baxımından

Standartların mövzular üzrə reallaşmasında ciddi addımlar atılmışdır. Standartların reallaşdırılmasındakı bir qrup fikirlərimi Sizə təqdim edirəm.

1.1.1.alt standartının 4 mövzuda reallaşması nəzərdə tutulmuşdur. Lakin standartın adı mövzularda əks olunan biliklərə tam uyğun gəlmir. Standartın özündə olan "qədim" ifadəsi fikirləri mahiyyətdən uzaqlaşdırır.

1.2.1.alt standartı 29-cu mövzuda da reallaşdırıla bilər.

2.1.2.alt standartına uyğun 20 və 21-ci dərslərdə tapşırıq nəzərdə tutulmayıb.

3.1.1. alt standartı səhvən metodik vəsaitdə səhifə 12-də 4-cü dərsə aid edilib. Bu səhv metodik vəsaitdə səhifə 41-də aradan qaldırılıb.

3.2.5. alt standartı 22-ci mövzuya uyğun gəlmir və reallaşmır.



  1. Məzmun, dil və üslub baxımından

Mövzuların məzmunu barədə əks fikirlərim yoxdur. Mövzularda verilmiş şəkillərin məzmunu bəzi hallarda şagirdlərdə maraq oyatma baxımından yaxşı seçilsə də bir çox hallarda düzgün verilməmişdir.

Dərslikdə səhifə 24-də verilmiş xəritənin bir hissəsi düşməmişdir.

Dünyanın fiziki xəritəsi səh.18, səh.64, səh.74-75-də olmaqla 3 dəfə göstərilmişdir. Onların mövzularını bir xəritədə cəmləyib şagirdləri axtarışa cəlb etmək daha yaxşı olardı.

Səhifə 30-da verilmiş rəsmlərdə İbrahim və Ukubalanın rəngi Naominin rəngindən seçilmir.

Səh.45-də verilmiş xəritədə varlı və kasıb ölkələrin ümumi sərhədləri doğru göstərilməmişdir.

Səh.50-də verilmiş xəritədəki şəkillər daha aydın formada səh.28-də verilsə daha yaxşı olardı

Səh.52-də sxemdə verilmiş rəqəmlər beyində qarışıqlıq yaradır.

Səh.57-də verilmiş sxem aydın fikir formalaşdırmır.

Səh.60-da verilmiş sxem mürəkkəb vulkanizmin sxemidir və şagirdlərdə əlavə sualların yaranmasına səbəb ola bilər.


  1. Tərtibat və dizayn baxımından

Dərslik tərtibat və dizayn baxımından olduqca rəngarəngdir və cəlbedicidir. Dərslikdə hər mövzu üçün nəzərdə tutulmuş sxematik ardıcıllıq və tərtibat sistemli xarakter daşımaqla məqsədin tamlığını özündə əks etdirir.



  1. Şagirdlərin yaş səviyyəsinə uyğunluğu baxımından

Şagirdlərin yaş səviyyəsi və bilikləri mənimsəmə qabiliyyəti Respublikamızın regionları üzrə müxtəlif olduğundan bu barədə fikir yürütmək olduqca çətindir. Yalnız bir fikir bildirə bilərəm ki, tədris ili başlayandan bu günə qədər heç bir yaş səviyyəsinə uyğunsuzluq tərəfimdən müşahidə edilməmişdir. Belə düşünürəm ki, şagirdlərin yaş səviyyəsi üzrə biliklərin əldə olunmasında problemlər varsa bu fasilitasiya qaydalarının düzgün icra olunmadığından xəbər verir.



  1. Verilmiş tapşırıqların idrak fəallığı yaratması baxımından

Dərslikdə verilmiş tapşırıqlar idrak fəallığı yaratmaq baxımından doğru seçilmişdir və çox hallarda şagirdləri axtarışa sövq edir.

  1. "Müəllim üçün metodik vəsait"-in məzmunu baxımından

Müəllim üçün metodik vəsait dərsliklə tamlıq təşkil edir. Birinci yanaşmada göstərdiyim məsələ xaric bütün dərslər struktura uyğundur.

Metodik vəsaitin ilk 32 səhifəsində dərsliklə işləməyin bütün qaydaları verilmişdir.

Kiçik summativ qiymətləndirmə üçün verilmiş nümunələrdə bəzi çatışmazlıqlar mövcuddur. Məsələn, səh.51-də verilmiş xəritə aydın deyil.

Vəsaitdəki mövzular üzrə təlim materialları ilə iş texnologiyalarının şərhlərində səh.15-də verilmiş "Fənlərarası inteqrasiya cədvəli"-ndə göstərilən inteqrasiya imkanlarının heç bir təyinatına rast gəlinmir.

Metodik vəsaitdə mövzular üçün verilən formativ qiymətləndirmə üçün cədvəllər holistik xarakter daşıyır. Bu da ənənəvi qiymətləndirmənin sözlü ifadəsini özündə əks etdirir. Halbuki, formativ qiymətləndirmə üçün analitik rubriklərdən istifadə edilməsi müasir yanaşma baxımından daha məqsədəuyğundur.

Təşəkkürlər.


© 2010-2022