Fiziki tərbiyə

sağlamlağını möhkəmləndirmək, fiziki hazırlığın inkişaf etdirmək üçün hərəkətlər kompleksi seçib icra edir, tibbi-gigiyena qaydalarına əməl edir;•müxtəlif idman növlərinə aid olan hərəkətlərin icra üsullarına yiyələnir;•ayrı-ayrı hərəki qabiliyyətləri inkişaf etdirmək üçün səmərəli və məqsədyönlü hərəkətlər kompleksi seçib yerinə yetirir;•fiziki tərbiyə prosesində müvafiq təhlükəsizlik, mühafizə, özünümühafizə qaydalarını icra edir;•kollektiv fəaliyyət zamanı öz yerini və rolunu dəqiq müəyyən et...
Раздел Физкультура
Класс 5 класс
Тип Презентации
Автор
Дата
Формат doc
Изображения Нет
For-Teacher.ru - все для учителя
Поделитесь с коллегами:

Fiziki tərbiyə


GİRİŞ

Fiziki tərbiyə kurrikulumu və onun xarakterik cəhətləri. Ümumtəhsil məktəblərində fiziki tərbiyənin kurikulumu təhsil mərhələləri üzrə fənnin tədrisinin əsas xüsusiyyətlərini göstərməklə şagirdlərin hərəki bacarıq və vərdişlərinin, mənəvi-iradi xüsusiyyətlərinin formalaşmasını, hərəki qabiliyyətlərin inkişaf etdirilməsinin, sağlamlığın qorunması, reabilitasiyası və hərəki mədəniyyət üzrə zəruri informasiyaların verilməsi istiqamətində fəaliyyətləri özündə əks etdirən konseptual, rəsmi dövlət sənədidir.

Bu sənəd öz məzmununda fiziki tərbiyə üzrə ümumi təlim nəticələrini, siniflər üzrə məzmun standartlarını, fizki tərbiyə dərslərinin təlim formaları, metodları, təlim fəaliyyətinin planlaşdırılması nümunələrini özündə əks etdirən strategiyanı, şagird nailiyyətlərinin qiymətləndirilməsi formalarını, meyarlarını əhatə edir.

Fiziki tərbiyə kurrikulumu nəticəyönümlü xarakterə malikdir. Bu sənəddə məzmun materialları bacarıqlar və dəyərlər formasında ifadə edilmişdir. Bu zaman fiziki tərbiyənin təlimi prosesində şagirdlərin idraki, mənəvi-iradi, hərəki, psixomotor fəaliyyətləri diqqət mərkəzində saxlanılmışdır.

Kurrikulumun hazırlanmasında şagird nailiyyətlərinin dinamikliyi, bütün məzmun xətləri üzrə sinifdən sinifə, sinif daxili inkişaf əsas götürülmüşdür, bu zaman şagird şəxsiyyəti əsas sübyekt kimi diqqət mərkəzində saxlanılmışdır. Məzmun xətləri arasında üfiqi və şaquli əlaqə eləcədə fən daxili əlaqələr tədrisin dinamikliyinin təmin edilməsinə istiqamətlənmişdir.

Fiziki tərbiyənin əhəmiyyəti. Fiziki tərbiyə insanın harmonik fiziki inkişafını təmin etməklə və mənəvi-iradi dayanılılıgını formalaşdırmaqla cəmiyyətdə müstəsna əhəmiyyətə malikdir. Bu ilk növbədə fiziki tərbiyənin aşağıdakı xarakterik xüsusiyyətləri ilə əlaqədardır:

Fiziki tərbiyənin tərbiyəvi əhəmiyyəti. Ümumtəhsil məktəblərində tədris qarşısında qoyulan əsas məqsədlərdən ən əhəmiyyətlisi öz vətənini, xalqını, millətini sevən nümunəvi davranışa malik mübariz və tolerant insan tərbiyə etməkdir. Səmərəli qurulmuş fiziki tərbiyə prosesi qeyd olunan məqsədin həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasına imkan verir. Kiçik kollektivin, komandanın mənafeyiləri uğrunda mübarizə sonda vətənpərvərliyə; yoldaşları ilə əməkdaşlıq - ünsiyyətə; oyun qaydalarına riayət və rəqibə hörmət - tolerantlığa; rəqabət və qalib qəlmək etirası - mübarizlik xüsusiyyətinə kimi formalaşdırılır.

Fiziki tərbiyənin sağlamlaşdırıcı və inkişafetdirici əhəmiyyəti. Optimal hərəkət, fiziki yük insanın psixomotor fəaliyyətinin formalaşmasında mühüm rol oynayır. Adekvat fiziki yükün qan dövranını intensivləşdirməsi orqanizmin inkişafını təmin edən maddələr mübadiləsini və müxtəlif funksional sistemlərin işini xeyli yaxşılaşdırır. Bu cəhətdən də müntəzəm fiziki yük böyüyən orqanizmin sağlamlığı və inkişafı üçün olduğca zəruri əhəmiyyət daşıyır.

Fiziki tərbiyənin tətbiqi əhəmiyyəti. Cəmiyyətdə yüksək fiziki hazırlıq tələb edən peşə sahələri vardır. Orduda, ölkənin müdafiəsində, güc strukturlarında , fövqəladə hallarda xilasetmə xidməti və s. belə fəaliyyət sahələrinə aiddir. Qeyd olunan fiziki hazırlığın əsası isə insanın fiziki inkişafının daha intensiv dövrünə təsadüf edən ümumtəhsil müddətində, fiziki tərbiyə prosesində qoyulur. Ümumtəhsil məktəblərində şagirdlər fiziki tərbiyə prosesində zəruri, həyati bacarıq və vərdişlərə yiyələnməklə ekstremal şəraitlərdə özlərini uğurlu fəliyyətə hazırlayırlar.

Fiziki tərbiyənin reabilitasiya əhəmiyyəti. Ümumtəhsil məktəblərində şagirdlərin fiziki hazırlıq səviyyəsindən asılı olaraq hazırlıq və xüsusi qruplara aid olan şagirdlərdə və eləcə də müəyyən fiziki qüsuru və ya hansı zədələnmələrə məruz qalmış insanlarda dayaq-hərəkət aparatındakı problemlər, funksional sistemlərinin reabilitasiyası fiziki tərbiyə vasitəsi ilə aradan qaldırılır.

Yuxarıda qeyd olunanlar ümumtəhsil sistemində fiziki tərbiyənin rolunu göstərməklə yanaşı bu fənnin tədrisinin reabilitasiya xüsusiyyətini də əks etdirir.

Fiziki tərbiyənin tədrisinin məqsədi və vəzifələri. Fiziki tərbiyənin ümumtəhsil məktəblərində tədrisinin əsas məqsədi şagirdlərin fiziki cəhətdən harmonik inkişafını təmin etmək, onları vətənin müdafiəsinə, şəxsi həyat, professional peşə fəaliyyəti üçün hazırlıqlı və hərəki fəaliyyət mədəniyyəti tərbiyə etməkdir.

Göstərilən məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin həlli məqsədəuyğun hesab edilir:

  • Sağlamlığı möhkəmləndirməklə, orqanizmin müqavimətin və ümumi iş qabiliyyətinin artırılması.

  • Hər bir yaş dövrü üçün zəruri olan hərəki qabiliyyətlərin optimal inkişaf həddinin təmin edilməsi.

  • Həyat fəaliyyəti üçün zəruri bacarıq və vərdişlərin formalaşdırılması və təkmilləşdirilməsi.

  • Bədən tərbiyəsi və idmana, fiziki hazırlıq və hərəki qabiliyyətləri inkişaf etdirmək üçün müstəqil məşğələlərə marağın formalaşdırılması.

  • Bədən quruluşundakı qüsurların aradan qaldırılması və düzgün qamətin formalaşdırılması.

  • Hərəki qabiliyyətlərin inkişafının ən sadə metodlarına dair nəzəri biliklərin mənimsənilməsi.

  • Mənəvi-iradi və hərəki fəaliyyət mədəniyyətinin formalaşması.

Azərbaycan Respublikasında ümumi təhsilin Milli Kurrikulumu çərçivə sənədində müəyyən edilmişdir ki, ümumi təhsil məktəblərində fiziki tərbiyənin tədrisi vasitəsilə:

Ümumi orta təhsil pilləsi fiziki tərbiyənin tədrisi hərəki qabiliyyətlərin planlı, harmonik inkişafını, mənəvi-iradi xüsusiyyətlərin, hərəki mədəniyyətin formalaşdırılmasını nəzərdə tutur. Bu təhsil mərhələsi şagirdin idraki, fiziki, mədəni, psixo-motor inkişafının həyata keçirilməsi baxımından çox mühüm dövrü əhatə edir. Bu mərhələdə fənnin tədrisinin səciyəvi xüsusiyyətləri aşağıdakılardır:

hərəki qabiliyyətlərin planlı inkişafının təmin edilməsi;

- müxtəlif idman növlərinin elementlərindən fiziki hazırlıq vasitəsi kimi istifadə edilməsi;

- ayrı-ayrı idman növlərinin texniki, taktiki xüsusiyyətlərinin öyrədilməsi, bu növlərdə zəruri fiziki hazırlığın təmin edilməsi;

- hərəki fəaliyyət mədəniyyətinin formalaşdırılması;

- mənəvi-iradi xüsusiyyətlərin formalaşdırılmasının tədris prosesinin əsas amilinin olması;

- şəxsi sağlamlıq, orqanizmin möhkəmləndirilməsi, mütənasib bədən quruluşunun formalaşmasında şəxsi məsuliyyət hissinin yaradılması;

- fərdi və kollektiv fəaliyyət zamanı rəqibə hörmət, öz hərəki fəaliyyətini mövcud qaydalar çərçivəsində qurmaqla mübarizlik hissinin aşlanması.

Fiziki tərbiyənin hərəki bacarıq və vərdişlərin formalaşması və hərəki qabiliyyətlərin inkişaf etdirilməsində, şəxsiyyətin formalaşmasında mühüm amil olduğunu, ümumi mədəniyyət səviyyəsinin əsas göstəricilərindən biri olması haqqında şagirdlərin bilikləri zənginləşdirilir, idman növləri, oyunlar hərəkət kompleksləri vasitəsi ilə hərəki qabiliyyətlərin dinamik inkişafını təmin etmək, ayrı-ayrı hərəki qabiliyyətlərin inkişafı üçün müvafiq hərəkətləri seçmək bacarığının formalaşdırılması, mövcud fiziki və potensial hərəki qabiliyyətinin fiziki tərbiyə vasitəsi ilə inkişaf etdirilməsi imkanlarının mövcudluğuna inam hissinin yaradılması, sağlamlığın möhkəmləndirilməsi üsullarına yiyələnmək, sağlam həyat tərzinin normaya çevrilməsi, fiziki hərəkətlər icra olunarkən təhlükəsizlik qaydalarına riayət edilməsinin təmin olunması, mübarizə şəraitində psixoloji dayanıqlıq, komandalı fəaliyyətdə məsuliyyət hissi, çətin anlarda fiziki imkanları səfərbər etmək və digərlərinə kömək göstərmək keyfiyyətləri, tibbi-gigiyenik vərdişləri, ilk tibbi yardım, mühafizə və özünümühafizə bacarıqları formalaşdırılır. Nümunəvi davranış, vətənə sevgi və vətənpərvərlik hissləri aşılanır.


Tam orta təhsil pilləsində

Bu mərhələdə fənnin tədrisinin səciyyəvi xüsusiyyətləri aşağıdakılardır:

  • Fiziki hazərlığın təkmilləşdirilməsi və düzgün qamətin formalaşdırılması metodikasından istifadə bacarığının yaradılması;

  • Fiziki yükün icrası zamanı orqanizmin funksional vəziyyətinə nəzarət və sadə bərpa vasitələrindən istifadə etmək bacarığına yiyələnmək;

  • İlk tibbi yardım üsullarındanistifadənin təkmilləşdirilməsi;

  • Komandalı fəaliyyət zamanı səmərəli əməkdaşlıq formasından istifadə bacarığı;

  • Hərəki mədəniyyət fəaliyyətinin təkmilləşdirilməsi;

  • Ekstremal şəraitlərdə fiziki və mənəvi-iradi potensialını reallaşdırmaq bacarığının formalaşdırılması.

Hərəki bacarıq və vərdişlər təkmilləşdirilir, hərəki qabiliyyətlərin dinamik inkişafı təmin edilir, hərəkətlərin təyinatı və məqsədyönlü istifadəsi haqqında biliklər mənimsənilir, bu və ya digər idman növünə uyğunluq, meyl və maraq müəyyənləşdirilir, şagirdlərin potensial imkanlarının reallaşdırılması üçün lazımi şərait yaradılır, onların peşə seçiminə istiqamətləndirilməsi, seçmə və idman orientasiyası təmin edilir, mübarizlik ruhu, mənəvi-iradi keyfiyyətlər, şəraiti təhlil etmək və çevik qərar qəbul etmək bacarığı, kollektiv fəaliyyət zamanı məsuliyyət hissi, rəqibə hörmət, vətənə sevgi və məhəbbət hissləri tərbiyə olunur.

I. Fiziki tərbiyə təliminin məzmunu

1.1 Ümumi təlim nəticələri

Ümumi orta təhsil mərhələsi (V-IX siniflər) üzrə şagird:

  • Sağlamlığını möhkəmləndirmək, fiziki hazırlığın inkişaf etdirmək üçün tibbi-gigiyena qaydalarına əməl edir, səmərəli hərəkətlər kompleksi seçib icra edir;

  • Müxtəlif idman növlərinə aid olan hərəkətlərin icra üsullarını dəqiq və səlist yerinə yetirir;

  • Ayrı-ayrı hərəki qabiliyyətləri inkişaf etdirmək üçün səmərəli və məqsədyönlü hərəkətlər kompleksi seçib yerinə yetirir;

  • Fiziki tərbiyə prosesində müvafiq təhlükəsizlik, mühafizə, özünümühafizə qaydalarına riayət edir;

  • Kollektiv fəaliyyət zamanı öz yerini və rolunu dəqiq müəyyən etməyi bacarır, zəruri anlarda aparıcı və həlledici mövqe tutur;

Orta təhsil pilləsi (X-XI siniflər) üzrə şagird:

  • Fiziki tərbiyə prosesinin təşkili ilə bağlı nəzəri məlumatları izah edir və bu məlumatlardan praktik fəaliyyətin qurulmasında məqsədyönlü istifadə edir;

  • Hərəkətləri yerinə yetirərkən əlverişli icra üsulu tətbiq edir, seçdiyi idman növünün xüsusiyyətərinə uüğun hərəkətlər kompleksi müəyyənləşdirərək icra edir;

  • Ayrı-ayrı hərəki qabiliyyətlərin inkişafı metodlarını bilir və özünün hazırlığını artırmaq üçün onları tətbiq edir;

  • Hərəkətlərin icrası zamanı müvafiq təhlükəsizlik qaydalarına riayət edir, ilk tibbi yardım göstərir;

  • Fərdi, və ya komanda tərkibində fəaliyət zamanı təşkilatçılıq, psixoloji dayanıqlılıq, dözümlülük, ümumi mənafeyə xidmət etmək keyfiyyətlərini nümayış etdirir;

1.2 Məzmun xətləri



Fiziki tərbiyə fənni biri-biri ilə qarşlıqlı əlaqəli olan və biri-birini üzvü sürətldə tamamlayan məzmun xətlərindən ibarətdir. Onlar aşağıdakılardan ibarətdir.:

  • İnformasiya təminatı və nəzəri biliklər.

  • Hərəki bacarıqlar və vərdişlər.

  • Hərəki qabiliyyətlər.

  • Şəxsiyyətin mənəvi-iradi xüsusiyyətlərinin formalaşdırılması.

Göstərilən məzmun xətləri bütün ümumi təhsil dövründə dəyişməz qalır. Lakin təhsil mərhələlərində onların məzmunu dəyişir.

İnformasiya təminatı və nəzəri biliklər

İnformasiya təminatı şagird tərəfindən icrası həyata keçiriləcək hərəki fəaliyyət haqqında dəqiq təsəvvür yaratmağa, onun şüurlu və fəal icrasını təmin etməyə yönəlmiş məlumatları əhatə edir. Nəzəri biliklər isə bilavasitə hərəkətin icra metodikasına, ayrı-ayrı növlərin hərəkət quruluşuna, hərəki qabiliyyətlərin inkişafına aid məlumatlardan ibarət olur.

İnformasiya təminatı və nəzəri biliklər hərəki bacarıq və vərdişlərin formalaşdırılması prossesində ilkin mərhələdə hərəki təsəvvürün yaranmasını təmin edir. Bu zaman şagird hərəki fəaliyyətin quruluşu haqqında məlumatlar alır, hərəki fəaliyyət üçün proqramı müəyyənləşdirir. Hərəkətin icrasının ümumi əhəmiyyətini, onun uğurlu icrasını şərtləndirən amilləri dərk edir, hərəkətin quruluş fazaları, elementləri, icra ardıcıllığı haqqında təsəvvürləri qazanır, müxtəlif fənlər üzrə əldə edilmiş biliklərdən fiziki tərbiyə prosesində istifadə etmək bacarıqlarını mənimsəyir.

İnformasiya təminatı həmçinin gün rejiminin əhəmiyyəti və tərtibi, davranış və ünsiyyət formaları, mənəvi iradi keyfiyyətlərin formalaşmasına yönəlmiş məlumatları əhatə edir, həyati fəaliyyətin düzgün təşkilinə xidmət edir.

1.3 Təhsil pillələri üzrə təlim nəticələri

Əsas təhsil pilləsi üzrə təlim nəticələri

1. İnformasiya təminatı və nəzəri biliklər

Şagird:

  • hərəkətlərin və sağlamlaşdırıcı vasitələrin orqanizmə təsirini əsaslandırır;

  • müxtəlif idman növlərinə aid hərəkətlərin səmərəli icra üsullarını izah edir;

  • hərəkətlərin təyinatını izah edir;

  • ilk tibbi yardım qaydalarını şərh edir.

2. Hərəki bacarıqlar və vərdişlər

Şagird:

  • sağlamlaşdırıcı vasitələrdən sistemli şəkildə istifadə edir;

  • hərəkətləri və oyunları qaydalara müvafiq qurur;

  • hərəkətlərdən və bərpaedici vasitələrdən təyinatına görə istifadə edir;

  • ilk tibbi yardım göstərir.

3. Hərəki qabiliyyətlər

Şagird:

  • fiziki hazırlığını artırmaq üçün hərəkətlərdən və xüsusi vasitələrdən məqsədyönlü istifadə edir;

  • hərəkətlərin icrası zamanı zəruri metodlar tətbiq edir.

4. Şəxsiyyətin mənəvi-iradi keyfiyyətlərinin formalaşması

Şagird:

  • komandalı fəaliyyət zamanı öz fəaliyyətini etik normalara müvafiq qurur;

  • birgə fəaliyyət zamanı öz potensialından səmərəli istifadə edir.

Orta təhsil pilləsində məzmun xətləri üzrə təlim nəticələri

1. İnformasiya təminatı və nəzəri biliklər

Şagird:

  • hərəki qabiliyyətlərin inkişafı metodlarını izah edir;

  • hərəki komplekslərin inkişafetdirici və korreksiyaedici xüsusiyyətlərini izah edir;

  • bərpaedici vasitələrin və üsulların orqanizmə təsirini şərh edir.

2. Hərəki bacarıqlar və vərdişlər

Şagird:

  • orqanizmin funksional sistemlərinin və orqanların iş qabiliyyətini artırmaq üçün hərəkətləri icra edir;

  • hərəki fəaliyyətində əlverişli icra üsulu tətbiq edir;

  • şəraitə uyğun ilk tibbi yardım göstərir;

  • bərpaedici vasitələrdən səmərəli istifadə edir.

3. Hərəki qabiliyyətlər

Şagird:

  • fiziki hazırlığını artırmaq üçün hərəkətlərdən və xüsusi vasitələrdən müntəzəm istifadə edir;

  • hərəkətlərin icrası zamanı əlverişli metodlar tətbiq edir.

4. Şəxsiyyətin mənəvi-iradi keyfiyyətlərinin formalaşması

Şagird:

  • hərəki fəaliyyət zamanı təqdiredici mənəvi-iradi keyfiyyətlər nümayiş etdirir.


Siniflər üzrə məzmun standartları


V sinif

V sinfin sonunda şagird:

  • hərəkətlərin və sağlamlaşdırırıcı vasitələrin orqanizmə təsirini izah edir;

  • yerinə yetirdiyi hərəkətlərin icra usulları haqqında məlumat verir;

  • sağlamlığını möhkəmləndirmək üçün hərəkətlərdən və vasitələrdən istifadə edir;

  • müxtəlif təyinatlı hərəkətlərin icra üsullarını nümayiş etdirir;

  • yaş qrupuna müvafiq hərəki qabiliyyətlər nümayiş etdirir;

  • özünün təqdiredici fəaliyyətini yoldaşlarının fəaliyyəti ilə uzlaşdırır.

Məzmun xətləri üzrə əsas və alt-standartlar


1. İnformasiya təminatı və nəzəri biliklər

Şagird:

1.1. Sağlamlığın möhkəmləndirilməsində hərəki fəaliyyətin əhəmiyyəti haqqında biliklərini nümayiş etdirir.

1.1.1. Hərəkətlərin sağlamlaşdırıcı təsiri haqqında qısa informasiya verir.

  1. Sağlamlaşdırıcı vasitələrin orqanizmə təsiri haqqında qısa informasiya verir

1.2. Müxtəlif idman növlərinə aid olan hərəkətlərin icra üsulları haqqında biliklərini nümayiş etdirir.

1.2.1. Hərəkətlərin icra üsulları haqqında qısa informasiya verir.

1.2.2. Müxtəlif oyunların təyinatı haqqında qısa informasiya verir.

1.2.3. Idman növlərinin elementlərindən ibarət estafetlər haqqında informasiya verir.

1.2.4. Sadə özünümüdafiə hərəkətləri haqqında informasiya verir.

1.3. Hərəki fəaliyyətin təşkili və idarə olunmasına dair biliklərini nümayiş etdirir.

1.3.1. Sıra hərəkətləri və komandalar haqqında məlumat verir.

1.3.2. Ümuminkişaf hərəkətləri haqqında informasiya verir.

1.3.3. Hərəki qabiliyyətlər, onların inkişafı metodları haqqında informasiya verir.

1.3.4. Hərəkətlərin icrası zamanı özünənəzarət üsulları haqqında informasiya verir;

1.3.5. Hərəkətlərin icrasında müvafiq təhlükəsizlik qaydaları haqqında informasiya verir.

2. Hərəki bacarıqlar və vərdişlər

Şagird:

2.1. Şagird hərəki bacarıqları mənimsədiyini nümayiş etdirir.

2.1.1 Sağlamlığını möhkəmləndirmək üçün hərəkətlər və hərəkət komplekslərini icra edir.

2.1.2. Orqanizmi möhkəmləndirən sağlamlaşdırıcı vasitələri nümunələrə müvafiq tətbiq edir.

2.2. Hərəki fəaliyyətin icra üsulunu mənimsədiyini nümayiş etdirir.

2.2.1. Hərəkətlərin icrasında müvafiq üsullar seçir.

2.2.2. Müxtəlif təyinatlı oyunlarda iştirak edir.

2.2.3. Ayrı-ayrı idman növlərinə aid olan hərəkətləri müvafiq icra üsulu ilə yerinə yetirir.

2.2.4. Sadə kombinələşmiş estafetlərdə iştirak edir.

2.2.5. Sadə özünümüdafiə hərəkətlərini icra edir.

2.3. Hərəki fəaliyyətin təşkili və idarə olunmasına dair bacarıqlar nümayiş etdirir.

2.3.1. Sıra hərəkətlərini verilən komandalara müvafiq yerinə yetirir.

2.3.2. Ümuminkişaf hərəkətlərini nümunələrə müvafiq yerinə yetirir.

2.3.3. Hərəki qabiliyyətləri formalaşdıran hərəkətləri icra edir.

2.3.4. Gün rejimində nəbz vurğularının dinamikasını müəyyənləşdirir.

2.3.5. Hərəkətlərin icrasında müvafiq təhlükəsizlik qaydalarına əməl edir.

3. Hərəki qabiliyyətlər*

Şagird:

3.1. Hərəki fəaliyyət zamanı müvafiq hərəki qabiliyyətlər nümayiş etdirir.

3.1.1. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq çeviklik nümayiş etdirir.

3.1.2. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq bədənin əyilmə qabiliyyətini nümayiş etdirir.

3.1.3. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq sürət nümayiş etdirir.

3.1.4. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq sürət - güc nümayiş etdirir.

3.1.5. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq qüvvə numayiş etdirir.

3.1.6. Hərəki fəaliyyət zamanı normativlərə müvafiq dözümlülük nümayiş etdirir.

4. Şəxsiyyətin mənəvi iradi keyfiyyətlərinin formalaşması.

Şagird:

4.1. Hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.

4.1.1. gün rejiminin yerinə yetirilməsində şüurluluq nümayiş etdirir.

4.1.2. fəaliyyətini mövcud qaydalar çərçivəsində yoldaşlarının fəaliyyəti ilə uzlaşdırır.

VI sinif

VI sinfin sonunda şagird:

  • bədən quruluşunun formalaşması və korreksiyası üçün hərəkətlərdən istifadə edir;

  • əlverişli icra üsullarını fərqləndirir;

  • hərəkətlərdən təyinatına görə istifadə edir;

  • hərəkətlərdən istifadə zamanı müvafiq metod və icra rejimləri tətbiq edir;

*

© 2010-2022