Kutle movzusunda aciq ders icmali

Standart: 2.2.1. Təbiətdəki əlaqəli sistemlərdə qravitasiya qarşılıqlı təsirinin rolunu izah edir. 2.2.2. Təbiət qüvvələrinə aid məsələlər qurur və həll edir. Məqsəd: Kütlə anlayışının əsas mahiyyətinin izah edir. Kütlə anlayışına aid verilmiş sadə məsələləri həll edir. İş forması: Kollektiv və qruplarla iş İş üsulu: Beyin həmləsi, müzakirə. İnteqrasiya: Riy - 2.3.1 Ədədlər və ya əşyalar ardıcıllığında sadə qanunauyğunluqları müəyyən edir.   Resurs: Tərəzi, çəki daşı, kütlə etalonu, rəngli kağız...
Раздел Физика
Класс -
Тип Презентации
Автор
Дата
Формат docx
Изображения Есть
For-Teacher.ru - все для учителя
Поделитесь с коллегами:

Kutle movzusunda aciq ders icmaliKutle movzusunda aciq ders icmaliKutle movzusunda aciq ders icmaliKutle movzusunda aciq ders icmaliKutle movzusunda aciq ders icmaliKutle movzusunda aciq ders icmaliKutle movzusunda aciq ders icmaliKutle movzusunda aciq ders icmaliKutle movzusunda aciq ders icmaliKutle movzusunda aciq ders icmaliKutle movzusunda aciq ders icmaliKutle movzusunda aciq ders icmaliKutle movzusunda aciq ders icmali



Mövzu: Kütlə

Standart:

2.1.1 Maddələri quruluşuna görə fərqləndirir.

2.1.3 Materiyanın formalarına dair muşahidələrini sadə şəkildə təqdim edir.

3.1.2 Sadə təcrübələr aparır, nəticələrini təqdim edir.

3.2.1 İş prinsipi fiziki hadisələrə əsaslanan məişət qurğularından istifadə edir.

Məqsəd: 1. Kütlə anlayışının əsas mahiyyətini izah edir.

2. Kütlə anlayışına aid verilmiş sadə məsələləri həll

edir.

3. Məişətdə istifadə edilən tərəzidən istifadə edə

bilir.

4. Müxtəlif həcmli cisimləri tərəzidə ölçə bilir, və nəticəni

təqdim edir.

İş forması: Kollektiv vəqruplarla iş.

İş üsulu: Beyin həmləsi, müzakirə

İnteqrasiya: Həyat bilgisi, Riyaziyyat,botanika, ədəbiyyat

Resurslar: Tərəzi, çəki daşları, komputer, proyeksiya

aparatı, taxta tircik, iş vərəqləri,Kutle movzusunda aciq ders icmaliKutle movzusunda aciq ders icmaliKutle movzusunda aciq ders icmali

Kutle movzusunda aciq ders icmaliKutle movzusunda aciq ders icmaliKutle movzusunda aciq ders icmali



Motivasiya:

Kutle movzusunda aciq ders icmaliKutle movzusunda aciq ders icmali

Kutle movzusunda aciq ders icmali

Şagirdlərə aşağıdakı şəkillər nümayiş etdirilir. Şəkildə göstərilən cisimləri müqayisə etmək üçün suallar verilir. Suallar əsasında cisimlər arasındakı fərqlər müəyyənləşdirilir. Onlar arasında forma, rəng, ölçü kimi fərqlərin olması aydınlaşır. Sadalanan fərziyyələr içərisində kütlə fərqinin olması versiyası üzərində dayanılır. Ümumiləşdirilən fikirlərdən mövzumuzun "Kütlə" olması yəqinləşir. Şagirdlərə kütlə haqqında ilkin məlumatlar verilir. Sonra diqqət tədqiqat sualına yönəldilir.

Tədqiqat sualı: Kütlə vahidləri hansılardır? Vahidlərdən birindən digərinə keçid necə baş verir?

Tədqiqatın aparılması: Qruplarda işləmək üçün şagirdlərə 15 dəqiqə vaxt verilir. I qrup - mq, II qrup - q, III qrup - kq, IV qrup - t. adlandırılır.

mq qrupu

1. Kütlələr arasındakı münasibəti müəyyənləşdirin:

m =250 q m =0,24 kq m = 2450 mq m = 0,01 t

2. Verilmiş tapmacanın açmasını tapın: - Dovşanın əmrindədir,

bəndənin felindədir, 4 ayağı 2 gözü, quyruğu belindədir.

3. Verilmiş cismin kütləsini hesablayın.

q qrupu

  1. Tarazlıqda olan laboratoriya tərəzisinin sağ gözünə 2 ədəd 50 q-lıq, 3 ədəd 10 q-lıq, 4 ədəd 2 q-lıq çəki daşı qoyulmuşdursa, sol gözündəki cismin kütləsi nə qədərdir?

  2. Kütlələr arasındakı münasibəti müəyyənləşdirin:

m =0,2 kq m = 0,001 t m = 400 q m = 4562 mq

  1. Verilmiş cismin kütləsini hesablayın

kq qrupu

  1. Mövzuya aid atalar sözü fikirləşin

  2. Tarazlıqda olan laboratoriya tərəzisinin sağ gözünə 1 ədəd 50 q-lıq, 3 ədəd 2 q-lıq, 2 ədəd 10 q-lıq çəki daşı qoyulmuşdursa, sol gözündəki cismin kütləsi nə qədərdir?

  3. Verilənləri kiloqramla ifadə edin:

12360 q, 0.023 t, 8400 mq

t qrupu

  1. Hər birinizin kütləsini elektron tərəzi vasitəsilə çəkin və kimin kütləsinin az, kimin kütləsinin nisbətən böyük olduğunu tapın

  2. Verilənləri q-la ifadə edin:

0.27 kq, 1.23 mq, 1.2 t, 0.3642 kq

3. Cismin kütləsini hesablayın

Məlumat mübadiləsi: Şagirdlər hazırladıqları tapşırıqları təqdimat edir.

Məlumat müzakirəsi: Şagirdlərlə birlikdə təqdimatlar müzakirə olunur. Səhvlər üzərində iş aparılır.

Nəticəçıxarma: Dərsin yekununda belə nəticəyə gəlinir ki, kütlə vahidləri mq, q, kq, t və s. hesab olunur. Kütlə tərəzi ilə ölçülür. Kütlə vahidlərindən birindən digərinə keçid mövcuddur.

Kutle movzusunda aciq ders icmali

Kutle movzusunda aciq ders icmali



Kutle movzusunda aciq ders icmali

Kutle movzusunda aciq ders icmali

Qiymətləndirmə: Meyarlar üzrə aparılır.

Qruplar

Meyarlar

mq

Q

kq

ton

Vaxtdan düzgün istifadə


Tapşırığı düzgün yerinə yetirmə


Fəallıq



Əməkdaşlıq



Cəmi





Kutle movzusunda aciq ders icmaliKutle movzusunda aciq ders icmali


© 2010-2022