Оценка по Новому программу обучения (курикулум)

Раздел Другое
Класс -
Тип Тесты
Автор
Дата
Формат docx
Изображения Нет
For-Teacher.ru - все для учителя
Поделитесь с коллегами:

KURİKULUM TESTLƏRİ

I HİSSƏ T E S T

TEST 1. Kurikuluma nə daxil deyil?
A) təlim strategiyaları B) təhsil qanunu
C) məzmun standartları D) qiymətləndirmə mexanizmləri
TEST 2. Məzmun standartı neçə hissədən ibarətdir?
A) 3 B) 1 C) 2 D) 5
TEST 3. Aşağıdakılardan hansı biliyin kateqoriyasına aiddir?
A) Psixomotor B) Ünsiyyət C) İdraki D) Deklarativ

TEST 4. "Tələbyönümlülük" dedikdə nə nəzərdə tutulur?

A) Məktəbin tələbatının nəzərə alınması
B) Məktəbin və ailənin tələbatının nəzərə alınması
C) Şagirdin tələbatının nəzəzrə alınması
D) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması

TEST 5. Hansı bənddə fənn kurikulumunun strukturu düzgün göstərilmişdir?

A) fənnin məzmunu, təlimin təşkilinə verilən tələblər, qiymətləndirmə
B) giriş, fənnin məqsədi və vəzifələri, fənnin xarakterik xüsusiyyətləri, fənnin məzmunu, təlim strategiyalar, şagird nailiyyətlərinin qiymətləndirmə
C) məzmun xətləri, forma və üsullar, təlim strategiyası, qiymətləndirmə vasitələri
D) məzmun standartları, təlim strategiyası, qiymətləndirmə vasitələri

TEST 6. Aşağıdakılardan hansı fənn kurikulumlarının səciyyəvi cəhətidir?

A) nəticəyönümlüdür B) bİlikyönümlüdür
C) müəllimyönümlüdür D) fənyönümlüdür

TEST 7. Aşağıdakılardan hansı təlimin təşkilinə verilən tələblərə daxil deyil?

A) dəstəkləyici mühitin yaradılması
B) bilikyönümlüdür
C) təlimdə bərabər imkanların yaradılması
D) fəaliyyətin stimullaşdırlması

TEST 8. Aşağıdakılardan hansı iş üsuludur?

A) klaster, müzakirə B) müsahibə. qrup işi
C) BİBÖ, cütlərlə iş D) cütlərlə, fərdi

TEST 9. Planlaşdırmanın neçə növü var?
A) 1 B) 3 C) 4 D) 2

TEST 10. Neçə təlim forması var?
A) 4 B) 5 C) 8 D) 14
TEST 11. Aşağıdakılardan hansı iş forması deyil?
A) cütlərlə B) fərdi C) kollektv D) müzakirə
TEST 12. Perspektiv planlaşdırma hansı müddəti əhatə edir?

A) illik B) aylıq C) rüblük D) gündəlik
TEST 13. Aşağıdakılardan hansı ənənəvi qiymətləndirmə sisteminə aiddir?
A) cari rəqəmli qiymətyazmadan imtina edilməsi məzmunun bütövlükdə mənimsənilməsini təmin edir.
B) şagirdin nailiyyəti (qazanılan dəyərlər) qiymətləndirilir, inkişafı sistemli şəkildə izlənilir.
C) qiymətləndirmə şagirdə qiymət yazmaq kimi qəbul olunurdu, yüksək rəqəmli qiymət şagirdlərin əsas stimullarından biri idi.
D) qiymətləndirmə standartlarının təyin edilməsi qiymətləndirmənin obyektivliyini təmin edir.
TEST 14. Məktəbdaxili qiymətləndirmənin neçə növü var?
A) 3 B) 4 C) 5 D) 2
TEST 15. Perspektiv planlaşdırma üçün müəllim hansı bacarıqlara malik olmalıdır?
1. Məzmun standartlarına əsasən dərslikdəki (dərslik olmayan fənlər üzrə müəllim vəsaitindəki) tədris vahidi və mövzular üzrə dəqiqləşmələr aparmaq.
2. Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək.
3. Mövzuya uyğun motivasiyanı müəyyənləşdirmək.
4. İnteqrasiya imkanlarını müəyyən etmək.
A) 2, 3, 4 B) 1, 2, 3 C) 1, 3, 4 D) 1, 2, 4
TEST 16. Aşağıdakı prinsiplərdən hansı tədris vahidlərinin və mövzuların ardıcıllığına aid deyil?
A) kiçikdən böyüyə B) sadədən mürəkkəbə C) xronoloji D) məntiqi ardıcıllıq
TEST 17. Summativ qiymətləndirmə hansı mərhələdə aparılır?
A) təlim prosesinin əvvəlində. Təlim prosesinin hər hansı aralıq mərhələlərində (bölmənin tədrisindən əvvəl və ya yarımil başlayanda).
B) summativ qiymətləndirmə bölmə və bəhsin, yarımilin sonunda.
C) dərs ilinin əvvəlindən başlayaraq mütəmadi olaraq.
TEST 18. Formativ qiymətləndirmə hansı məqsədlə aparılır?
A) təlimin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin nailiyyət səviyyəsini qiymətləndirmək.
B) fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək.
C) təhsilin hər hansı mərhələsində ( tədris vahidinin, yarımilin və ilin sonunda ) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək.
TEST 19. Diaqnostik qiymətləndirmə hansı məqsədlə aparılır?
A) təlimin müəyyən mərhələsi üçün təyin edilmiş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının səviyyəsini qiymətləndirmək.
B) təlimin hər hansı mərhələsində fənn üzrə şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək.
C) təhsilin hər hansı mərhələsində ( tədris vahidinin, yarımilin və ilin sonunda ) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək.
TEST 20. Summativ qiymətləndirmə hansı məqsədlə aparılır?

A) təhsilin hər hansı mərhələsində ( tədris vahidinin, yarımilin və ilin sonunda ) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək.
B) təlimin müəyyən mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının səviyyəsini qiymətləndirmək.
C) fənn üzrə təlimin hər hansı mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək.
TEST 21. Formativ qiymətləndirmə hansı mərhələdə aparılır?
A) təlim prosesinin əvvəlində. Təlim prosesinin hər hansı aralıq mərhələlərində (bölmənin tədrisindən əvvəl və ya yarımil başlayanda).
B) summativ qiymətləndirmə bölmə və bəhsin, yarımilin sonunda.
C) dərs ilinin əvvəlindən başlayaraq mütəmadi olarq.
TEST 22. Diaqnostik qiymətləndirmə hansı mərhələdə aparılır?
A) dərs ilinin əvvəlindən başlayaraq mütəmadi olarq.
B) təlim prosesinin əvvəlində. Təlim prosesinin hər hansı aralıq mərhələlərində (bölmənin tədrisindən əvvəl və ya yarımil başlayanda).
C) bölmə və bəhslərin, yarımilin sonunda.
TEST 23. Summativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr hansılardır?

A) şifahi təqdimat, testlər, fəaliyyət nəticələrinin nümayişi.
B) müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq.
C) müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri.
TEST 24. Qiymətləndirmə standartlarında neçə səviyyə müəyyən olunub?

A) 3 B) 4 C) 6 D) 5



© 2010-2022