Word публикация Развитие творческие разум учеников

Раздел Биология
Класс -
Тип Другие методич. материалы
Автор
Дата
Формат rar
Изображения Нет
For-Teacher.ru - все для учителя
Поделитесь с коллегами:

Şagirdlərdə yaradıcı təfəkkürün inkişaf etdirilməsində sinkveynlərin rolu və biologiya dərslərində didaktik sinkveynlərin tətbiqi metodikası.

Sinkveyn-fransız dlində (cinquains), ingilis dilində (cinquain)- 5 sətirlik şer formasıdır.Sinkveyn XX əsrin əvvəllərində - Yapon poeziyasının təsiri altında amerikalı şairə A.Kurepsi tərəfindən düşünülmüşdür. Didaktik sinkveynlər də ilk dəfə Amerika məktəblərində istifadə olunmağa başlanmışdır.

1997-ci ildən isə Rusiyada didaktik məqsədlərlə effektiv,daha tez nəticələr əldə olunmasına imkan verən metodlar kimi istifadə edilməyə başlanmışdır. Didaktik sinkveynlərin tərtib olunması, digərlərindən fərqli olaraq hecalara əsasən deyil , hər sətrin düşündürücü olmasına yönəldilməlidir.

Sinkveyn 5 sətirdən ibarət olur:

  1. Sinkvenin adı - 1 söz , isim və ya əvəzlik ( sinkveynin mövzusu - əsas ideyanı əks etdirir)

  2. Təsvir - 2 sifət və (mövzunun xüsusiyyətlərini göstərir - əsas fikri təsvir edir)

  3. Müxtəlif tərəflərdən xarakterizə edir - 3 fel , (mövzunun fəaliyyəti haqqında- mövzu çərçivəsində fəaliyyəti əks etdirir)

  4. Mövzuya aid 4 və ya bir neçə sözdən ibarət deyim - ( müəllifin şəxsi münasibətini ifadə edir ,mövzuya münasibəti vurğulayır)

  5. Sinkveynə (I sətir) sinonim isim və ya söz birləşməsi - (mövzuya emosional münasibəti ifadə edir)

Sinkveyn tərtib edərkən hər bənddə yeni, təkrarlanmayan sözlərdən istifadə olunmalıdır.Nəticədə - qısa vaxt ərzində istənilən mövzuya həsr edilmiş didaktik material alınır ki, bu da biologiya dərsləri üçün həm də dəyərli yoxlama işi ola bilər.

Sinkveynin tərtib olunması şagirdlərin bütün şəxsi qabliyyətlərinin (intellektual,obrazlı,yaradıcı ) təcrübi olaraq realizə olunmasını tələb edir.Sinkveyn yazmaq üçün şagirdlər fənn üzrə bilik və anlayışlara malik olmalıdır. Sinkveyn yaratmaq - maraqlı,cəzbedici və yaradıcı iş olduğu üçün müxtəlif yaşlı şagirdlərdə sistemli və analitik düşünmə qabliyyətini, məntiqi,tənqidi təfəkkürünü formalaışdırır və inkişaf etdirir,həmçinin ,öz fikirlərini ifadə etmək üçün lüğət ehtiyatlarını genişləndirməyə aktiv imkanlar yaradır.

Sinkveyn - şagirdlərdə refleksiyanı həyata keçirməklə yanaşı, eyni zamanda onları düşünməyə Bu baxımdan sinkveynlərdən fəal təlimin yaradıcı tətbiqetmə mərhələsində istifadə edilməsi daha məqsədəuyğundur.Əgər sinkveyn asan tərtib edilirsə,deməli,mövzu yaxşı mənimsənilmişdir.

Biologiya dərslərində müxtəlif təlim strategiyalrı və texnologiyalarından istifadə olunur.Canlıların əsas xüsusiyyətlərinin tədqiqi ,refleksiya və yaradıcı tətbiqetmə , ev tapşırıqlarının verilməsi zamanı didaktik sinkveynlərdən istifadə olunması daha səmərəli nəticələrə gətirib çıxarır.

Balıq Fotosintez

Pulcuqlu, səssiz Avtotrof,yaşıl

Üzgəclidir,üzür,kürü tökür İşıqda baş verir,sintez edir,ötürür

Susuz yaşaya bilməz. CO2,H2O - bitkilərin qidasıdır

Su heyvanı Qida zənciri

DNT Çiçək

İkiqat zəncirli,irimolekullu Rəngarəng, cəlbedici

İkiləşir,kodlaşdırır,nüvədə yerləşir Açılır, tozlanır,meyvə əmələ gətirir,

Hər bir canlının xromosom dəstini mühafizə edir. Yalnız örtülütoxumlu bitkilərdə olur

Genetik kod Generativ orqan

Qan Ürək

Qırmızı,kürəşəkilli Ritmik,avtomaik

Daşıyır,qidalandırır,qoruyur Döyünür,qan vurur,yaşadır

Orqanizmin maye mühitini təşkil edir Orqanizmin yorulmaz mühərrikidir

Humoral tənzim Qan-damar sistemi

Biologiya dərslərində müəllim sinkveynlərdən mövzunun adının təyin olunması üçün də istifadə edə bilər. I sətirdəki söz nə ola bilər? I sətirdəki sözü tap formasında şagirdlərə müraciət edə bilər.Məsələn; Suda - quruda yaşayanlar mövzusu öyrənilərkən aşağıdakı kimi yarımçıq sinkveynlər tərtib oluna bilər:

? ?

Sürüşkən,ziyilli Quyruqlu,parlaq sarı ləkəli

Tullanır,cücü tutur,kürü tökür Yeriyir,kürü tökür,suda çoxalır

Yalnız hərəkətdə olanları görür. Dərisi zəhərli maye ifraz edir

Qurbağa Salamandra

Sinkveynləri müəllim hazır şəkildə şagirdlərə verməklə onlara hekayə qurmağı da tapşırmaq olar.Məsələn;

Xlamidomonada Bakteriyalar

Yaşıl,qamçılı Nüvəsiz, mikroskopik

Üzür,işığı hiss edir, sintez edir Bölünür,çox kiçikdir,geniş yayılmışdır

Qeyri cinsi və cinsi yolla çoxalır Həm faydalı,həm də parazit nümayəndələri vardır

Birhüceyrəli yosun Prokariotlar

Xlamidomonada yaşıl rəngli,qamçılı yosundur.Suda sərbəst hərəkət edir-qamçıları vasitəsilə üzür.Qırmızı gözcük işığa həssas olduğu üçün işığa doğru üzən yosun fotosintez nəticəsində qeyri-üzvi maddələrdən üzvi maddələr sintez edir.Qeyri cinsi və cinsi yolla çoxalır.Birhüceyrəli yosundur.

Bakteriyalar nüvəsiz,mikroskopik orqanizmlərdir.Sadə bölünmə yolu ilə çoxalırlar.Çox kiçikdirlər,geniş yayılmışlar.Həm faydalı,həm də parazit həyat tərzi keçirən nümayəndələri vardır.Nüvəsi olmadığı üçün prokariotlar adlanırlar.

Sinkveynin yazılması biologiya dərslərində az vaxt ərzində dəyərli yoxlama işi kimi də istifadə oluna bilər.



© 2010-2022