Elmi tapmacalar biologiya dərsləri üçün

Hamıya məlumdur ki, tapmacalar idraki fəallığı artırmaqda, uşaqlarda cəld və çevik biliyin mənimsənilməsində xüsusi yer tutur.Elmi tapmacalar isə elmi biliklərin öyrənilməsi prosesində şagirdlərə yardımçı olur.Mən öz şəxsi təcrübəmdə keçdiyim dərslərin uyğun mərhələlərində özüm tərtib etdiyim tapmacalardan istifadə edirəm. Həmişə müşahidə etmişəm ki,şagirdlər onda dərsi daha asan qavrayır və verilən materialı daha həvəslə öyrənməyə səy göstərirlər.Bu eyni zamanda müəllimin işinə də xeyli kömək e...
Раздел Биология
Класс -
Тип Другие методич. материалы
Автор
Дата
Формат docx
Изображения Нет
For-Teacher.ru - все для учителя
Поделитесь с коллегами:

Biologiyaya aid elmi tapmacalar

(motivasiya və dərsin digər mərhələlərində istifadə etmək ücün)

Ön ətrafda üc barmaq

Pəncə lüləli ayaq

Yumurta böyük deyə,

Enliləşibdir canaq

(Quş)

O,qapalı borular sistemidir

Qan daşiması iş mexanizmidir

Ürəkdən bədənə , ya da əksinə

Şaxələnmiş əriş-arğac kimidir.

(Qan damarları)

Coxalmanın əsasında baş verir

Bir hüceyrə ikisini törədir.

Hər qız hüceyrədə olan DNT

Ana hüceyrədə olan qədərdir.

(Mitoz)

Yaşananda ontogenez

Xatırlanır filogenez

Hər canlının rüşeymində

Həm qısaca, həm də ki tez.

(Biogenetik qanun)

Tacı, boynu, əsası

Tac üstündə minası.

Daxilən oxşarsa da,

Üç cürədir forması.

(Diş)

Həm özlü, həm kalloid

Hüceyrə içi mühit.

Saxlar içində nüvə

Həm çoxluorqanoid

(Sitoplazma)

© 2010-2022